Trampın adı Bakı qülləsindən çıxarılır

16.01.2017 - 13:24

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür.

“Qafqazinfo”nun məlumatına görə, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin dayandırılmasını “ev təmizliyi” adlandırmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85548

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930