Prezident şəhidimizin nəşinin qaytarılması ilə bağlı GÖSTƏRİŞ VERDİ

17.01.2017 - 21:07

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

BiG.AZ dtx-ya istinadən xəbər verir ki, komissiya sədri Mədət Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib.

Mədət Quliyev bildirib ki, Dövlət Komissiyası Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı BQXK-nın və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir:

“Meyitlərin verilməsi mexanizminin və prosedurlarının kifayət qədər aydın və açıq olmasına baxmayaraq, əsgərimizin meyitinin bu günə kimi qaytarılmaması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır”.

Mədət Quliyev Dövlət Komissiyası və BQXK-nın qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Xanım Elena Aymone Sessera BQXK-nın Azərbaycandakı nümayəndəliyinin Çingiz Qurbanovun meyitinin tezliklə geri qaytarılması üçün BQXK-nın Ermənistandakı nümayəndəliyi ilə birlikdə səylərini davam etdirdiyini söyləyib.

2016-cı ildə BQXK-nın Azərbaycandakı nümayəndəliyi və Dövlət Komissiyasının İşçi qrupu tərəfindən həyata keçirilmiş işləri diqqətə çatdıran xanım Elena Aymone Sessera, 2017-ci il üçün planlaşdırılan birgə layihələr barədə də ətraflı məlumat verib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85650

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930