İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

14.02.2017 - 19:05
İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.
Bununla bağlı Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs müəyyən edilmiş müddətlərin pozulmasına 2 yüz manatdan 4 yüz manatadək cərimə edilir. Səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması ilə bağlı qaydaları pozmasına görə 4 yüz manatdan 6 yüz manatadək cərimə edilir.
Dəyişiklik layihəsində bu maddəyə “Qeyd” əlavə olunması təklif edilir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.
Layihədə bildirilib ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında onların inzibati qaydada cərimələnməsinin kifayət etmədiyi nəzərə alınaraq, həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə dəyişiklik təklif olunub.
Cumhuriyyet.az 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930