Ermənistanda tam döyüş hazırlığına çağırdılar – Azərbaycandakı təlimlərdən sonra

03.03.2020 - 19:32

Azərbaycanın genişmiqyaslı hərbi təlimləri Ermənistanda ciddi narahatlığa səbəb olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, tanınmış erməni hərbi mütəxəssisi Van Ambartsumyan jurnalistlərlə söhbətində Ermənistan Silahlı Qüvvələrini əks balans tədbiri kimi bir nömrəli döyüş hazırlığı səviyyəsinə gətirməyə çağırıb.

V.Ambartsumyan Azərbaycan Ordusunun hərbi təlimlərini səfərbərlik kimi xarakterizə edib.

Onun sözlərinə görə, Ermənistan ordusunun bu cür hazırlığı vacibdir, çünki “Azərbaycan öz hərəkətlərində həmişə sürprizlərə üstünlük verib və Ermənistan onlara cavab verməyə hazır olmalıdır”.

“Ermənistan rəhbərliyinin bilməsi vacibdir ki, hər hansı bir müharibə ehtiyatların səfərbərliyindən başlayır və bu təlimlər zamanı da Azərbaycan ciddi şəkildə gizlədərək ehtiyatda olanları da səfərbər edib. Həmçinin uzaqmənzilli silahlar, məsələn reaktiv yaylım atəş sistemi (RYAS) Polonez də cəlb olunub”– “Novosti Armeniya” Ambartsumyandan sitat gətirib.

Hərbi ekspert Ermənistan cəmiyyətini milli həmrəyliyə çağırıb və qeyd edib ki, ölkə hakimiyyəti planlaşdırılan referendumu təxirə salmalıdır.

Xatırladaq ki, dünəndən Azərbaycanda genişmiqyaslı komanda-qərargah təlimləri başlayıb. Təlimlər martın 6-dək davam edəcək.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143439

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930