“Vəziyyət ciddiləşir, xəstə sayı artarsa, xəstəxanalarda yer çatmayacaq” – TƏBİB

02.04.2020 - 12:57

“Qəti şəkildə deyirəm ki, evdən çıxmayın. Bu məsələ bacardığımız qədər sərtləşəcək”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

“Vəziyyət ciddiləşir, xəstəlik qripə oxşasa da, xəstə sayı çoxalarsa, xəstəxanalarda yer çatmayacaq. Heç bir ölkədə bilinmirdi ki, pandemiya baş verəcək, eyni vaxtda bu qədər xəstə olacaq. Qaydaların məqsədi budur ki, insanlar məsələyə çox ciddi yanaşsınlar. Karantin rejimidir, ciddi tələbdir, bunu başa düşmək lazımdır. Biz bu qadağaları qoymaq məcburiyyətindəyik. Düşünürük ki, sabah xəstə artanda, xəstəxanada yer olmayacaq, süni tənəffüs aparatı çatmayacaq. Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək. İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə uyğun hər günə uyğun yeni qərarlar ola bilər”, – deyə Yaqut Qarayeva qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930