Orduda könüllü xidmət üçün qeydiyyatdan keçənlər ölkəni tərk edə bilər? – RƏSMİ AÇIQLAMA

12.08.2020 - 12:43

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir.

Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən  on minlərə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Hazırda döyüşlərdə iştirak etmək üçün öz istəkləri ilə qeydiyyata alınanları maraqandıran mövzu istirahət və ya başqa məqsədlər üçün ölkəni tərk edib-edə bilməyəcəkləridir.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov Qazet.az-a açıqlama verib.

“Hal-hazırda Azərbaycan Respublikası ərazisində səfərbərlik elan edilmədiyi üçün vətəndaşların ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmayıb”, – deyə Füzuli İsmayılov qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152094

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930