Paşinyan Xankəndində generalları toplayıb hansı planları müzakirə etdi…

30.08.2020 - 16:21

Ermənistanın baş naziri Nikol Paşinyan dünən növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, “Qarabağ müdafiə ordusunun” qərargahında keçirilən müşavirə zamanı Ermənistanın qondarma rejimlə “hərbi əməkdaşlığının dərinləşdirilməsi” planları müzakirə olunub. Bu formal ifadə əslində Ermənistanın Qarabağa yeni silahlar və ola bilsin əlavə hərbi qüvvələr yerləşdirmək mənasını verir. Habelə bildirilir ki, “rəqibə qarşı çəkindirici mexanizmlərin daha da təkmilləşdirilməsi” müzakirə olunub.

Müşavirədə Qarabağdakı işğalçı qüvvələrin yüksək rütbəli komandirləri, habelə Ermənistanın müdafiə naziri David Tonoyan iştirak edib. Bildirilir ki, Tonoyan Paşinyandan əvvəl Qarabağa gəlib və döyüş mövqelərinə baş çəkib, hərbçilərlə görüşüb.

Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin Qarabağa səfərlərinin son vaxtlar intensiv xarakter alması Ermənistanın təhrikedici addımları, Azərbaycan xalqının heysiyyatına toxunan hərəkətləri davam etdirdiyini göstərir. Digər tərəfdən Rusiya iyul ayının ortalarından başlayaraq Ermənistanın silahlandırılması üçün Bakıda ciddi narahatlıq və etiraz doğuran addımlar atır. İstisna deyil ki, Rusiyanın Ermənistana daşıdığı yeni silahların və hərbi texnikanın bir qismi ləngimədən Qarabağda yerləşdirilir və Paşinyanın indiki səfəri həm də bununla əlaqəlidir. Həmin silahlara o cümlədən pilotsuz təyyarələrə qarşı tətbiq edilən radioelektron mübarizə vasitələri də daxildir.

Bütün bunlar Rusiyanın danışıqları bərpa etmək cəhdləri ilə bir vaxtda baş verir və rəsmi Bakıda anlaşılmazlıq yaradır-əgər Moskvanın niyyəti doğrudan da pozulmuş danışıqları bərpa etmək və münaqişənin dinc yolla nizamlanması prosesinə hansısa təkan verməkdirsə o zaman Ermənistanı silahandırmaq nəyə hesablanıb? Hansı ki, Moskvadan göstərilən bu hərbi dəstək Yerevanın təhrikedici addımları davam etdirməyə ruhlandırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153158

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031