Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd İMZALADI

05.08.2022 - 11:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin tətbiq edilməsinə dair 2004-cü ilin mayın 6-da Bakıda imzalanmış prosedur müqaviləsinə dəyişiklik edilməsi barədə Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında əlavə prosedur müqavilə”ni təsdiqləyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə dövlət başçısı qərar imzalayıb.

Bildirilib ki, tərəflər Azərbaycanın icbari tibbi sığorta sahəsində qanunvericiliyində baş vermiş dəyişiklikləri nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəliblər:

“Maddə 1. Tərəflər arasında Prosedur Müqavilənin V bölməsinin 26-cı maddəsi aşağıdakı kimi dəyişdirilmişdir: “Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta haqları üzrə yığımlar bütün ölkə əhalisinə tətbiq edildikdən sonra həyata keçirilir”.

Maddə 2. Bu əlavə Prosedur Müqavilə onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir və Prosedur Müqavilə qüvvədə olduğu müddət ərzində qüvvədə qalır”.

Qeyd edək ki, Əlavə Prosedur müqavilə cari ilin mayın 19-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və onun türkiyəli həmkarı Vedat Bilgin arasında imzalanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930