Bakıda sərt karantinin son həftəsonu: “Torqovı” dan reportaj FOTO VİDEO

16.01.2021 - 17:03

Bakıda sərt karantin rejiminin son həftəsini yaşayırıq.

Musavat.com olaraq şəhərin mərkəzində müşahidə aparıb, ümumi vəziyyəti öyrəndik. Paytaxtın mərkəzi ərazisi – “Torqovı” dediyimiz Fəvvarələr meydanında seyrəklik müşahidə edilir. Şəhərdə az sayda insanın gəzintiyə çıxdığını görmək olar. İnsanlar 3 saatlıq “SMS icazə” yazaraq təmiz havaya çıxır, gəzirdilər. Nizami küçəsində polis əməkdaşları ümumi karantinə nəzarət edir, vətəndaşların icazəsi olub-olmadığını soruşurdular.

Hazırda mərkəzdə əksər obyektlər qapalıdır. Amma bir sıra restoranlar onlayn xidmət göstərir və deməliyik ki, müştəriləri heç də az deyil. Kimisi dönər, kimisi şaurma, kimisi kofe sifariş verirdi. Söhbətləşdiyimiz sakinlərin hər biri Nazirlər Kabinetinin bu gün verdiyi qərara sevinir və yanvarın 18-dən “SMS icazə” almadan hərəkət sərbəstliyi verilməsini xoş xəbər kimi qarşılayırlar. Şəhərdə gözümüzə dəyən əsasən gənc ailələr, uşaqlı insanlar idi. Onlar hava almağa çıxmışdılar və deyirdilər ki, karantin həyatı artıq yorucu, bezdirici bir problemə çevrilib.

Eləcə də ticarət obyektləri yanvarın 25-ni səbirsizliklə gözləyirlər. Onlar işlərin dayanmasının ciddi iqtisadi çətinlik yaratdığını söyləyirlər. Bütövlükdə, Bakının həmişə qaynar, izdihamlı olmuş “Torqovı”sı çox solğun, sükut içində görünür və sanki şəhər öz sakinləri, qonaqları üçün darıxdığını demək üçün dilə gəlmişdi. Hamı tezliklə pandemiyadan əvvəlki həyata qayıtmağı arzulayır və sərt karantinin bir daha tətbiq olunmamasını istəyir.

Qeyd edək ki, bu gün NK yanında Operativ Qərargah yeni qərarları açıqlayıb. Yanvarın 18-dən “SMS icazə” ləğv olunur, ayın 25-dən Bakıdan rayonlara və əks istiqamətə gediş-gəliş açılır, postlar yığışdırılır, ticarət obyektlərinin, bərbər və gözəllik salonlarının fəaliyyətinə icazə verilir. Lakin iri ticarət mərkəzləri, “Mall” llar işləməyəcək, metro açılmır, xüsusi karantin rejimi isə aprelin 1-dək uzadılır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930