ÜST: Yeni mutasiyaların Azərbaycana gəlməyəcəyini düşünməyə dəyməz

02.02.2021 - 18:09

Koronavirusun yeni mutasiyasının xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, koronavirusun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır:

“Koronavirus çox sürətlə mutasiya edən virus olmasa da biz onun yeni növlərinin çıxacağını gözləyirdik. Koronavirus bizim aramızda dünyada qaldıqca onun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır. Bizim üçün önəmli olan yeni variantın daha çox xəstələndirmə, daha çox öldürmə qabiliyyətinin öyrənilməsi, əlimizdə olan diaqnostik testlərin onun aşkarlanması üçün yetərli olmasını, peyvəndin yeni növə qarşı təsirli olub-olmamasını bilməkdir. Hazırda bu suallara cavab axtarılır. İlkin tədqiqatlara görə, “Britaniya ştammı”nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib. Hazırda onun yoluxuculuğunun 50-70 faiz çox olduğu məlumdur. Lakin öldürücülüyünün artması barədə dəqiq nəticələr yoxdur”.

“Yeni ştammın yoluxuculuğunun çox olması xəstəlik yükünün artacağı anlamına gəlir, lakin onun daha ağır keçməsi elm adamları tərəfindən araşdırılır. Yeni ştamm indiyədək təxminən 50 ölkədə rast gəlinib. Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz. Lakin hər kəs nə edəcəyini, virusla mübarizədə nəyin faydalı olduğunu bilir. Çünki virus eyni virusdur”, H.Harmancı əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160479

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930