Gürcüstan hökumətindən JEST – 600 min vətəndaşın bank borcunu sildi
Gürcüstan hökuməti prezident seçkiləri öncəsi 600 mindən artıq vətəndaşının bank və mikromaliyyə təşkilatları qarşısında borcunu silib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ümumilikdə 1,5 milyard lari (600 milyon dollardan çox vəsait) silinib. Baş nazir Mamuka Baxtadze hökumətin bu qərarı verdiyini və 2 min lariyə qədər borcu olan vətəndaşların 95%-nin borcunun sıfırlandığını elan edib.
Qeyd edək ki, noybarın 28-də Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=124738