Ermənistanın iki “adaxlısı”: ABŞ, yoxsa Rusiya?

28.05.2019 - 10:51

İrəvanı çətin dilemmadan yalnız Qarabağ konfliktinin həlli, Azərbaycan və Türkiyə ilə anlaşma xilas edə bilər; Qərb nəşri: “Paşinyan Bakının təklifini qəbul etməyə hazırlaşır…”

Ermənistan və onun miskin durumda olan əhalisi 30 ilə yaxındır Qarabağ ixtilafının girovudur. İşğalçı ölkədə keçən il baş verən “məxməri inqilab” da bu vəziyyəti yaxşıya dəyişə bilmədi. Çünki inqilabçı baş nazir Nikol Paşinyan sələfləri kimi, bu ağır durumu yaradan səbəbi qoyub nəticələrlə mübarizə aparır. Paralel surətdə o, Rusiya və Qərb (ABŞ) arasında oynamaqla Ermənistanı “ağ gün”ə çıxaracağına ümidlər bəsləyir, çabalar edir. Amma nəticə yoxdur.

İş ondadır ki, Paşinyan çoxsaylı sədaqət andlarına, Kremlə reveranslara rəğmən, Ermənistanın işğal ortağı Rusiya ilə münasibətləri tam qaydaya sala bilməyib. Kremldə ona şübhəli nəzərlərlə, “Qərbin casusu” qismində baxmaqda davam edirlər. Paradoks ondadır ki, Qərbin özü də Nikol Paşinyanı “özününkü” hesab eləmir, əksinə, son vaxtlar Moskvanın Ermənistandakı növbəti sadiq valisi sayır.

Ötən saylarımızda yazdığımız kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi, Paşinyanın silahdaşlarından və “Amerika uşaqları”ndan olan Armen Qriqoryanın keçən həftə ABŞ-a etdiyi uğursuz səfər buna şübhə yeri saxlamadı. Məlumdur ki, Qriqoryan Amerikada Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton səviyyəsində belə qəbula, hörmətə layiq bilinmədi.

*****

Sözsüz ki, Paşinyan iqtidarı üçün iki güc mərkəzi arasında belə qeyri-müəyyən, ağrılı “şpaqat” vəziyyəti uzun sürə bilməz. Hələ ki cırtdan Ermənistanın, obrazlı ifadə eləsək, iki “adaxlısı” var – Rusiya və ABŞ . Böyük siyasətdə isə bu nonsensdir – hərçənd “köhnə peşə” sahibi kimi tanınan qonşu millət çox istəyir ki, eyni zamanda Rusiyanın və Qərbin “sevgilisi” olsun. “İki stul” siyasəti yürüdən, daha doğrusu, Qərblə (ABŞ) Rusiya arasında oynayan Nikol Paşinyan, nəhayət, birmənalı seçimini eləməlidir.

paşinyan ile ilgili görsel sonucu

Ermənistanı belə çətin dilemmadan yalnız Qarabağ məsələsində real irəliləyiş, Azərbaycan və Türkiyə ilə anlaşma xilas edə bilər. Bundan ötrü İrəvan Qərbin də neçə vaxtdır təkid elədiyi kimi, Qarabağ məsələsində ciddi dönüşə nail olmalıdır. Təşəbbüs də öncəliklə Ermənistandan gəlməlidir. Çünki işğalçı tərəf odur, konfliktə bağlı nüfuzlu, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardı edən, nəticə etibarilə bunun altını ən çox çəkən də yenə məhz Ermənistandır.

İlkin mərhələdə rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad atmosferi yaratmaq üçün Bakının təklif elədiyi əsir və girovların “hamını hamıya” prinsipi əsasında dəyişmək təklifini qəbul eləməklə bu yöndə pozitiv addım ata bilər. Bu addım Qərbdə, lap elə Rusiyada da müsbət qarşılanardı. Yeri gəlmişkən, az öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakının “Hamını hamıya” dəyişmək təşəbbüsünü dəstəkləmişdi.

*****

“Bəzi əlamətlərdən görünür ki, Nikol Paşinyan ”Hamını hamıya” prinsipi əsasında dəyişməyin mümkünlüyünü nəzərdən keçirir”. “Yeni Müsavat” qəzetinin məlumatına görə, bu barədə Eurasianet.org saytında dünən getmiş təhlili məqalədə deyilir.

Məqalədə bildirilir: “Ermənistan baş nazirinin müşavirlərindən biri adının çəkilməməsi şərtilə Eurasianet.org-a bildirib ki, Nikol Paşinyan ”Hamını hamıya” siyahısına qətlə görə mühakimə edilmiş iki məhbusu (Dilqəm Əsgərov və Şahbaz Quliyev nəzərdə tutulur – “YM”) da daxil eləməyin mümkünlüyünü nəzərdən keçirir. Mayın 9-da isə Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda jurnalistlərlə söhbətdə deyib ki, “hazırda kimi kimlə dəyişəcəyimizi bilmək üçün danışıqlar gedir”. Jurnalistlər ondan “hamını hamıya” dəyişməyin mümkünlüyü ilə bağlı soruşduqda Tonoyan “Hələlik bu barədə heç nə deyə bilmərəm” söyləməklə kifayətlənib”.

Kreml ile ilgili görsel sonucu

Erməni politoloq Riçard Kirokosyan isə nəşrə bildirib ki, hamını hamıya dəyişmək sülh danışıqlarının inkişafını sürətləndirə bilər. “Əsir və girovları başa-başa dəyişmək yeni səhifənin açılması və hər şeyin təzədən başlanması üçün növbəti, təzə bir şans yarada, qarşılıqlı etimadın möhkəmlənməsinə ciddi kömək edə bilər. Bu məsələnin tərəflərin müzakirəsinə çıxarılması və nəzərdən keçirilməsi faktının özü nikbinlik və ümid yarandığına dəlalət edir”, – deyə Kirokosyan əlavə edib.

Ä°lgili resim

Hərçənd azərbaycanlı politoloq Rasim Musabəyov fərqli düşünür. O, tərəflərin bir-birinə qarşı etimad yaratmaq istəyinin perspektivinə skeptik yanaşdığını söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, Musabəyov bu haqda “Kommersant” qəzetinə açıqlamasında deyib: “Məncə, bu, real və çətin kompromisli qərarlardan yayınmaqdır. Əgər siz heç nə eləmək istəmirsizsə, o zaman belə şeylər haqda danışmağa başlayırsınız. Sülh o yerlərdə əldə olunub ki, orada ya müharibə olub, ya da uzunmüddətli konfrontasiya vəziyyəti”.

*****

İstənilən halda, Ermənistan tələsməlidir, çünki fikirləşmək üçün işğalçıya ayrılmış vaxt limiti artıqlaması ilə bitib. Azərbaycanın səbri isə sonsuz deyil. “Əgər biz Rusiyanın mövqeyi üzündən qələbə ilə bitəcək müharibəyə başlaya bilmiriksə, o zaman Ermənistanı əldən salmağa davam edəcəyik. Ancaq birmənalı şəkildə heç bir güzəştə getməyəcəyik”. Bunu da Musabəyov “Kommersant”a deyib.

Əlavə şərhə, bizcə, yer qalmır…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930