Yayda həyat bərpa olunacaq? – Aviaşirkətlər bilet satışına başlayıb

18.05.2020 - 09:40

Yayda dünyanın əksər ölkələrində həyat bərpa olunacaq. Aviaşirkətlərin davranışı da belə deməyə əsas verir. Cumhuriyyet.az Bizimyol.info-ya istinadən xəbər verir ki, yay üçün bilet satışlarına start verilib. Siyahıya nəzər salarkən hətta Bakının adına da rast gəlmək mümkündür. “Ural hava yolları” iyunun 1-dən Rusiyadan paytaxtımıza uçuşlar təşkil edəcək. Bundan başqa, Barselonaya, Milana, Fərqanəyə, Düşənbəyə, Oşa, Səmərqəndə, Bişkəkə, Almatıya reyslər var. İyunun axırlarında Amsterdama, Londona da uçmaq mümkün olacaq.
“Türkiyə hava yolları” Moskvadan, Sankt-Peterburqdan Antalyaya, İstanbula reyslər təşkil etməyi düşünür. Rusiyanın “Pobeda” avişirkəti isə hələlik yalnız Antalyanı seçib. Türkiyə şəhərinə Barselona da əlavə olunub.
“Sibir” çox ucuz biletlər təklif edir. Beynəlxalq uçuşlarda hətta 1000 rubla (təxminən 14 dollar) da bilet almaq mümkündür. Daxili reyslərdə isə qiymətlər 500 rubl civarındadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930