Kommunist Partiyasının qara tarixi:69-cu il

11.03.2013 - 00:55

 

Şıxəli
Qurbanovun ölümü,
“ölüm maşını”-SMERŞ, KQB-nin hakimiyyətə adam gətirməsi…

“Heydər Əliyev 1969-cu ildə KQB
dostları Andropov, Semiçastni, Sviqun, Çebrikov və digərlərinin köməyi ilə
L.I.Brejnevin başına yeritməyə çalışırdı ki, Azərbaycan KP MK-nın birinci
katibi V.Axundov respublikanı idarə edə bilmir”


Şıxəli
Qurbanovun ölümü,
“ölüm maşını”-SMERŞ, KQB-nin hakimiyyətə adam gətirməsi…

“Heydər Əliyev 1969-cu ildə KQB
dostları Andropov, Semiçastni, Sviqun, Çebrikov və digərlərinin köməyi ilə
L.I.Brejnevin başına yeritməyə çalışırdı ki, Azərbaycan KP MK-nın birinci
katibi V.Axundov respublikanı idarə edə bilmir”

 

 

12 dekabr Azərbaycan
tarixinin ötən 60 illik dövründə böyük rol oynamış Heydər Əliyevin həm də rəsmi
vəfat günüdür. Bu ərəfədə bir daha onun kimliyi, keçdiyi həyat yolu, fəaliyyəti,
indiyə qədər haqqında deyilən və deyilməyənləri, bildiklərimizi və bilmədiklərimizi
ümumiləşdirib bu günün prizmasından yaxın tariximizə işıq salmaq istədik. Qəzetimizin
bir neçə sayında bu barədə yazılar dərc etdik. Mövzunu yalnız sabiq dövlət
başçsının ölüm günü ilə bağlı olduğundan yekunlaşdırmaq istədik. Amma…
Redaksiyamıza müraciət edən çoxsaylı oxucular mövzunun davam etdirilməsini
xahiş etdilər. Oxucularımızın istəyi ilə mövzuya “davam” dedik. Yazıda qeyd
olunanlarla bağlı maraqlı şəxslərin, adı keçənlərin yaxınlarının,
oxucularımızın da fikirlərinə yer ayırmağa hazırıq. Yeganə məqsədimiz yaxın
tariximizə işıq tutmaqdır…

İş otağında
güllənən baş Komsomol…

 

Digər layiqli namizəd Maqsud Əlizadə ALKGI MK birinci katibi vəzifəsində işlədiyi vaxtda ALKGI MK katibi olmuş, sonradan Şamaxı rayon partiya komitəsinin birinci katibi işləmiş Sahib Sailovun M.Əlizadə barədə deyir:“Mənə sual versəydilər ki, Maqsud Əlizadə kimdir, cavabım belə olardı:
gözəl insan, əsil ziyalı, böyük dünyagörüşünə malik, yüksək erudisiyalı,
xalqını hər yerdə ləyaqətlə təmsil etməyi bacaran dövlət xadimi…O,
ucaboylu, nurlu sifətinə xüsusi yaraşıq verən gur qara saçlı, hərəkətlərində
çox ciddi, təbiətən sadə və böyük ürək sahibi olan bənzərsiz Azərbaycan
oğullarından biri idi. Böyük təşkilatçılıq bacarığı ilə seçilirdi. Həyat
hadisələrinə, insanlara özünəməxsus baxışı, münasibəti var idi.”

S.Sailov “Yaşadığım illər, keçdiyim yollar”
(“Araz” nəşriyyatı, 2007-ci il) kitabında yazır:“Ürək ağrısı ilə demək istəyirəm ki, o zaman respublika komsomolunun
Mərkəzi Komitəsində işləyənlərin əksəriyyəti qeyri millətlərin nümayəndələri
idi. Ona görə də hər gün çətinliklərlə üz-üzə gəlirdik.O vaxt komsomolun
Mərkəzi Komitəsinin Bakı şəhər təşkilatına rəhbərlik edən şöbənin müdir müavini
Boris Gevorkov idi. Ermənilər Kremldən üzü bəri hər yerdə, demək olar ki, bütün
dövlət strukturlarında öz adamlarını yerləşdirmişdilər. Azərbaycan Komsomolunun
Mərkəzi Komitəsində də eləcə. Burada B.Gevorkovdan başqa Karlen Petrosyan, Asya
Nazaretyan, Yenya Petrosyan, Qrin Stepanyan və bir sıra başqaları çox mühüm
postları ələ keçirmişlər.Hər hansı məsələnin müzakirəsi, həlli gələndə göz-qaşla
bir-birinə işarə edir, birləşir, hər addımda işimizə mane olur, necə deyərlər,
bizi işləməyə qoymurdular. Böyüklərimiz isə onların başına siğal çəkirdilər.
Çünki, ermənilərin hər yerdə havadarı var idi. Haradasa birinin bir balaca
ayağını tapdaladın, səsi gedib çox uzaqlara çıxırdı. Buna görə də hamı onlarla
çox ehtiyatla, “pişim-pişim”lə davranırdılar.”
(səh. 46)

S.Sailov yazır, M.Əlizadə ilə xeyli
dərdləşdikdən sonra o, fikirli-fikirli üzümə baxaraq, dedi:“Sahib müəllim,
neyləyək, – dedi, başımız öz əlimizdə deyil. Ona görə də bu erməni köpəkuşağı
belə at oynadır. Əgər hər şey məndən asılı olsaydı, kürüyüb onları dənizə
atardım. Siz rayondan gəlmisiniz, bəlkə də o qədər yaxşı bilmirsiniz, mən yaşlı
adamlardan çox söhbətlər eşitmişəm. Bakıda onların törətdikləri mart qırğınında
biz nə qədər qurban vermişik. Onların çörəyi dizinin üstündədir. Üzdə bizə
dost, qardaş deyirlər, ancaq ürəklərində nə qədər nifrət var bizə. Yəqin
eşitmiş olarsınız, erməni bir adamla üz-üzə gələn kimi, salamlaşmazdan əvvəl
deyir: “Hayes, türkes?” Bu “türk” sözü dünyada onların ən çox nifrət etdiyi
sözdür. Bax, burada, bizdə də belədir.
Bəlkə də sizə elə gələ bilər ki, mən
bunları görmürəm, hiss etmirəm. Yox, elə deyil. Çox məsələlərdə mənim, sadəcə,
susmaqdan başqa çarəm qalmır. Mən rayonlardan sizin kimi vətənpərvər kadrları
bir-bir yığıb bura, vəzifəyə gətirirəm ki, siz də yumruq kimi birləşəsiniz, hər
yerdə sözünüz bir olsun.
Burada- aparatda
beş-on erməni var, görün onlar necə birləşiblər?! Hərdən yığılıb xosunlaşırlar.
Elə bil hörmüçək toru qurublar burada. Lazım gələndə istədikləri adamı sıradan
çıxarmağa çalışırlar. Təəssüf ki, bizimkilərin də bəziləri onların təsirinə
düşüb. Yeri gələndə, ermənilərə havadarlıq edir. Bu da bizim faciəmizdən
biridir.Tarix boyu ermənilər “dost, qardaş” deyə-deyə qanımızı içiblər.
Biz gərək hər vaxt ehtiyatımızı əldən verməyək. Bilək ki, onlar nə
məxluqdurlar.”

Vəziyyətin belə gərgin olduğu vaxtda Azərbaycan KP MK birinci katibi
V.Axundovun razılığını aldıqdan sonra, M.Əlizadə ilə S.Sailov birləşərək
ermənilərin pozuculuq hərəkətlərini ifşa edib, onları tutduqları vəzifələrindən
uzaqlaşdırmağa başlayırlar. Çox çətinliklə də olsa birinci B.Gevorkovun
vəzifəsindən kənarlaşdırılmasına nail olurlar, sonra da o biri ermənilərin.

Bir müddət keçdikdən sonra S.Sailov Azərbaycan KP
MK-ya irəli çəkilir. M.Əlizadə isə Tibb Institutuna prorektor vəzifəsinə
göndərilir. Və bir gün günün günorta vaxtı öz kabinetində müəmmalı şəkildə
güllə ilə vurulub, qətlə yetirilir. Cinayətkar isə tapılmır (?!)Heydər Əliyev hakimiyyətə gələn kimi M.Əlizadənin vəzifədən
uzaqlaşdırdığı ermənilərin hamısı yüksək vəzifələrə irəli çəkilir. Sonda
S.Sailov da Heydər Əliyev tərəfindən “layiqli” cəzasını alır.

Ümumiyyətlə, bu illərin müəmmalı ölüm məsələlərindən danışarkən “NKVD”-nin “SMERŞ” (rusca “Smert şpionam” – “Casuslara ölüm”) təşkilatından danışmamaq olmur.
Araşdırmalarımız zamanı bu təçkilat və Heydər Əliyevin ordakı fəaliyyəti haqda
maraqlı materiala rast gəldik. “Azadlıq”
jurnalının 2-ci sayında , 11 iyul 2005-ci il tarixdə dərc olunmuş yazıdan bir
hissəni olduğu kimi diqqətinizə çatdırırıq:

Sovet NKVD-nin “ölüm maşını”-SMERŞ

“1923-cü ildə anadan olduğu iddia edilən Heydər Əliyev müharibə illərində “NKVD”-nin “SMERŞ” (rusca “Smert şpionam” – “Casuslara ölüm”) təşkilatında işləyib. Özü də nə az, nə çox, bölmə rəhbəri. Bəzi mənbələr isə onun “SMERŞ”-də rabitəçi işlədiyini xəbər verirlər. Adından göründüyü kimi, bu təşkilat “casus” hesab etdiyi adamları öldürməklə məşğul olub. Qurum kommunist ideologiyasından fərqli düşünən adamlara da “casus” damğası vuraraq aradan götürürmüş. Bu təşkilatın missiyası və törətdiyi cinayətlər barədə bir qədər sonra. İndi isə
Azərbaycanın sabiq baş prokuroru Qambay Məmmədovun “Moskovskiye novosti” qəzetinə müsahibəsindən: “Əliyev müharibə vaxtı fərari olub. Müharibə başlayanda o bir neçə ay ərzində Sənaye İnstitutundan yoxa çıxaraq çağırışdan yayınıb. Sonra isə Naxçıvanda peyda olub və əlində arayış gətirib ki, guya o, vərəmin açıq formasına tutulub. Hərbi çağırışdan bu yolla yayınandan sonra Əliyev arxivdə kuryer işinə düzəlib. Beləcə bir neçə il gəzib-dolaşıb və sonra qəfildən “tamamilə sağalaraq” “NKVD”-də işə düzəlib…”

Q.Məmmədovun sözlərinə görə, 1950-ci illərdə bu faktın üstü açılıb. Xüsusi komissiya Əliyevin partiyadan xaric edilməsini və məhkəməyə verilməsini tələb edib. Həm də təkcə fərariliyə görə yox. Heydər Əliyev bu cəzalardan ona görə yaxasını qurtara bilib ki, onu Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev himayə edib.
Heydər Əliyevin can-başla qulluq etdiyi SMERŞ-in nə olduğunu aydınlaşdıraq. Artıq qeyd etdiyimiz kimi, adı “Smert şpionam” sözlərindən formalaşmış bu qurum əks-kəşfiyyat strukturu adı altında işləyib. Qurumun vəzifəsi ordu hissələrini izləmək və fərarilik edən və ya etmək istəyən əsgərləri öldürməkdən ibarət olub. SMERŞ həmçinin əsirlikdən azad edilmiş əsgərləri də “süzgəc”dən keçirməklə məşğul olub. Bundan əlavə, təşkilat faşist işğalından azad edilmiş ərazilərdə əhalini də “tərbiyələndirirmiş”. Hətta SMERŞ “NKVD” daxilində işçilərin də cəzalandırılması üçün istifadə edilirmiş. Bu dəhşətli təşkilat kiminsə kommunist ideologiyasından fərqli düşündüyünü və ya hansısa planda iştirak etdiyini güman edibsə, elə həmin həftə ərzində o şəxs həbs edilib.
SMERŞ-in fəaliyyəti ilə bağlı arxivləri araşdıran tarixçi Vasili Telitsın “SMERŞ” adlı kitabın müəllifidir. Əvvəllər ona elə gəlirmiş ki, SMERŞ sovet xalqını qoruyan dahi insanlardan ibarət olub. Amma tarixçi olandan və arxivləri araşdırandan sonra başa düşüb ki, bu təkcə casuslara deyil, həm də müstəqil düşünən insanlara qarşı vəhşi üsullarla mübarizə aparan bir təşkilat olub: “Bu təşkilatın başlıca vəzifəsi ordu və cəmiyyətdə fərqli düşüncənin kökünü kəsməkdən ibarət olub. Qəti demək olar ki, bu, əks-kəşfiyyat
idarəsi deyil, repressiv qurum olub”. Tarixçinin sözlərinə görə, SMERŞ-də
heç olmasa, bir il işləmiş istənilən şəxs öz əli ilə neçə nəfərisə öldürmüş
olmalıdır”.

H. Əliyevin rəhbər
seçilməsinə etiraz edən 1- ci katib

Nəhayət, 14 iyul 1969-cu ildə Azərbaycan KP MK plenumu
çağırıldı. Plenum V.Axundovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən
azad edərək, Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin etmək
barədə qərar çıxardı. Plenumda iştirak edən Sov.IKP MK katibi I.Kapitonov
Azərbaycan KP-nin 1-ci katibi vəzifəsinə Heydər Əliyevin namizədliyini irəli
sürdü. Şahidlərin dediyinə görə, bu gözlənilməz hadisə bir anlıq salonda sükut
yaradır. Bu vaxt Şamaxı rayon KP-nin o vaxtkı 1-ci katibi Sabir Şəmiyev söz
alır və sakitliyi pozaraq deyir:“Məgər Mərkəz partiya
rəhbərlərindən kimisə seçə bilməz? Yoldaş Kapitonov, nə üçün Siz partiya
təşkilatına hörmətsizlik göstərirsiniz? Nə üçün birinci katib təyin etməkdə
presedent (keçmişdə olmuş və sonra olan eyni tipli hadisələr üçün misal ola
biləcək hadisə və ya hərəkət) yaradıb, çekisti birinci katib təyin edirsiniz?”

S.Şəmiyevin sözünə
əhəmiyyət verən olmadı. Göstəriş Mərkəzdən olduğuna görə, heç kimin gözləmədiyi
bir adam – Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi “seçildi” (təyin
edildi).

Heydər Əiliyevdən ehtiyat edərək kimliyinin anonim
saxlanılmasını xahiş edən müəllif “Hürriyyət” qəzetinə (23 iyul 2002-ci il)
“Əliyev repressiyasının qurbanları” adlı məktubunda yazır:“Heydər Əliyev 1969-cu ildə KQB dostları Andropov, Semiçastni, Sviqun,
Çebrikov və digərlərinin köməyi ilə L.I.Brejnevin başına yeritməyə çalışırdı
ki, Azərbaycan KP MK-nın birinci katibi V.Axundov respublikanı idarə edə
bilmir. Azərbaycanda Türkiyə meylli qüvvələr fəallaşır. Əliyev kimi güclü bir
şəxs rəhbərliyə gəlməlidir ki, antisovet və millətçi təmayüllərə son qoyulsun”.

“Zaqovorşiki v Kremle” kitabının müəllifləri
V.Solovyov və Y.Klepnikova isə yazır:“SSRI DTK-nın sədri
Andropovun Brejnevi devirib, onun yerində oturması üçün ona 15 il vaxt lazım
olmuşdur… Təhlükəsizlik orqanlarındakı böyük təcrübəsi təbiətcə zəngin olan
Heydər Əliyevi rəhimsiz və sui-qəsdçiyə çevirmişdir. Kreml tərəfindən təyin
olunmuş respublikanın sahibini korrupsiyaya qarşı mübarizə adı altında devirib,
yerini tutmaq üçün ona Azərbaycan gizli polisinin şefi vəzifəsində cəmi iki il
işləmək lazım gəldi”
, (səh.208).

 

Fərid Abdullayev, CUMHURİYYET.az

(ardı var)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3428

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930