Ərdoğan üçün ABŞ-da fövqəladə qorunma: iki zirehli maşın gətirilib, cangüdənlərin sayı artırılıb – FOTOLAR

19.09.2017 - 09:52

ABŞ prezidentinin təhlükəsizliyi üçün tətbiq edilən bütün təhlükəsizlik tədbirəri Ərdoğan üçün təkrarlanır

BMT-nin 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Ərdoğanın təhükəsizlik tədbirləri həddən artıq gücləndirilib. Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın təhlükəsizliyini təmin etmək üçün Türkiyədən iki zirehli maşın da gətirilib: “Bundan başqa, onun şəxsi cangüdənlərinin sayı artırılıb. Türk cangüdənlərlə yanaşı, FTB-nin əməkdaşları da Ərdoğanı müşaiyət edir. Belə ki, FTB Ərdoğanın qatıldığı bütün tədbir və toplantılarla bağlı əvvəlcədən təhülkəsizlik tədbirləri görür, üstəlik, qadığı otel xüsusi nəzarətə götürülüb”.

Məlumata görə, Ərdoğanı yollarda da xüsusi müşaiyət edən maşınların sayı artırılıb. Belə ki, Türkiyədən gətirilən və üzərində Türkiyə Prezident Administrasiyasının emblemi olan iki zirehli xidməti maşını eyni anda böyük komvoyda yol qət edir. Maraqlıdır ki, Ərdoğanın bu iki zirehi maşınlardan hansında olduğunu isə FTB və şəxsi cangüdənlərdən başqa heç kim bilmir: “Bir sözlə, ABŞ prezidentinin təhlükəsizliyi üçün tətbiq edilən bütün təhlükəsizlik tədbirəri Ərdoğan üçün təkrarlanır”.

Yeri gəlmişkən, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin də hansı ölkəyə səfər edərsə, təhlükəsizlik məqsədi ilə yalnız öz xidməti maşınlarını özləri ilə həmin ökəyə gətirdirlər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031