Azərbaycan Texnologiya Universitetində Süleymanovlar hegemonluğu: FOTOFAKT

05.11.2017 - 23:23

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Texnologiya Universitetini “ATA” mülkü kimi istifadə edir; Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu?

Azərbaycan Texnologiya Universitetinin əməkdaşlarının qanuni hüquqları rektor Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov başda olmaqla, bir dəstə “nurçu” tərəfindən pozulmaqdadır.

Akif Süleymanovun zəifliyi nəticəsində Texnologiya Universitetində baş verən qanunsuzluqlar Maliyyə Nazirliyinin yoxlaması nəticəsində üzə çıxmış, aşkar olunmuş qanun pozuntusunun nəticəsi korrupsiya idarəsinə və sonradan ağır cinayətlər məhkəməsinə gedib çıxmışdır. Proses neçə ildir davam edir və bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunmuşdur. Biz inanırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi Akif Süleymanov, onun oğlu Şamil Süleymanov və dostlarının özbaşınalığından üstündür.

Prorektor Vüqar İsmayılovun əlində alətə çevrilmiş, rektor Akif Süleymanovun qanunsuz əməllərinə aid bir neçə faktı sizin nəzərinizə çatdırırıq. Bu faktların müvafiq qurumlar tərəfindən yoxlanmasını, bu özbaşınalığa son qoyulmasını, haqsızlıqla üzləşmiş əməkdaşların öz qanuni haqlarının bərpa olunmasını da xahiş edirik:

1.Texnologiya Universitetində  maaş bölgüsü qeyri-qanuni və gizli aparılır. Hər ay maaş yazılanda qeyri-qanuni tutulmalar olunur. Kollektivin əsas hissəsinin əmək haqqı 120-250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500-5000 manat və daha yüksək yazılır.

Təhsil Nazirliyinə, şəhər icra hakimiyyətinə yalan, şişirdilmiş hesabatlar verilir.

Büdcədən “AZİNKA” şirkətinin vasitəsi ilə əsasız ödənişlər və sifarişlər aparılır.

2. Müxtəlif bayramlarda, məsələn Qurban bayramında özlərinə yaxın olan əməkdaşlara 500-550 manat mükafat yazaraq, sonradan yazılan pul mükafatını əməkdaşlardan toplayaraq “AZİNKA” nın hesabına köçürürlər. Bu şirkətin vasitəsilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir.

3.Texnologiya Universitetində məqsədlərinə uyğun olmayan professor, dosent, şöbə müdirini, texniki işçiləri,  qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırırlar. İşdən uzaqlaşdırılan bir neçə şəxsi sübut üçün ad və soyadlarını yazıya əlavə edirik: professor Cahangir Hacıyev, dosent Həsən Musayev, dəftərxana müdiri Gülnara Alışova, kompüter mütəxəssisi Azər Allahverdiyev və digərləri.

Onu da qeyd edək ki, AZİNKA əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. “Zaman” qəzetinin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətullah Gülən ilə bağlılığı hamıya məlumdur.

4.Azərbaycan Texnologiya Universitetinin tələbələri, onların valideyinləri aldadılaraq, buraxılış işi və dövlət imtahanı üçün 300 manat “Kapital bank”ın universitet hesabına ödənilmişdir. Azərbaycan Texnologiya Universitetində hər il 500-ə yaxın tələbə məzun olur. Tələbələrdən hər birindən 300 manat alınaraq, “Kapital bank”a ödənir. Hesablama nəticəsində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun 150 000 (Yüz əlli min) manatlıq korruspsiya əməlinə əl atdığı açıq-aşkar görünür. Ödəniş qəbzlərinin bir necəsinin surətini sübut üçün yayımlayırıq. Diqqətlə QƏBZLƏRƏ baxın, “Kapital Bank”a ödənilən pul “DAVAMLI İNKİŞAF MƏRKƏZİNİN” hesabına köçürülür. Davamlı İnkişaf Mərkəzinə köçürülən pul, “Kapital Bank”dan sonradan çəkilərək, rektor Akif Süleymanov tərəfindən mənimsənilir. QƏBZLƏRƏRİN SURƏTİ.

Davamlı İnkişaf mərkəzinin rəhbəri Fədai Əfəndi “MALAZİYADA” oxuyub, Texnologiya Universitetinə ali təhsil haqqında diplomunu təqdim etməyib. Hal-hazırda ali təhsili olmadan Texnologiya Universitetində, “Universitetə aidiyyəti olmayan” şöbənin rəhbəri işləyir.

5.Son bir il ərzində universitetdə qanunsuzluğa göz yummayan, qanunvericiliyə uyğun işləməyi tələb edən əməkdaşlar struktur dəyişikliyi adı ilə işdən azad olunublar və bu proses davam edir. 2017-ci ilin may ayında iki dekanlıq bu ad altında ləğv edilmiş, yeni fakültə yaradılaraq qanunsuz olaraq təkrar dekan seçkiləri keçirilmişdir. Bu “struktur dəyişiklikləri”nin universitetdə tətbiqi davam edir və bununla bir çox arzuolunmaz adamlar işdən kənarlaşdırılır.

Məqsəd rektor Akif  Süleymanovun oğlu Şamil Süleymanovun, yaxın dostları prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundovun “şəffaflıq” adı altında qanunsuz fəaliyyətləri üçün özlərinə şərait yaratmaqdır.

Əsasız olaraq universitetdə yeni şöbələr yaradılır. “Qiyabi və distant təhsil mərkəzi”, “Davamlı İnkişaf mərkəzi” və s.    

Qiyabi və distant təhsil mərkəzinin rəhbəri Həsənov Babək Mikayıl oğlu rektor Akif Süleymanovun yaxın qohumudur və  hətta ailə üzvlərinin bir neçəsi universitetdə müəllim kimi işləyir.         

Texnologiya Universitetində əyani təhsil alan Asiman İlyasov “İnsan Kapitalının idarə edilməsi mərkəzinin şöbə müdiri” işləyir.  Bundan başqa digər şöbələrin rəhbərlərini göstərmək olar ki, əyani oxuyan, diplomu olmayan, hər birinin elmi adı və dərəcəsi olmasa da, əmək haqları universitet professorunun əmək haqqından yüksəkdir.

6.Texnologiya Universitetinin İnsan Kapitalının idarə edilməsi mərkəzinin direktoru Əliyev Zaur Camaləddin oğlu 3000 (üç min) manat maaş alır.

7. Təhsil Nazirliyinin adından istifadə edərək, dosent və professor adı olmayan adamlar universitetə rəhbərlik edir, lakin hər yerdə özlərini dosent və professor kimi təqdim edirlər. Hətta iş o yerə gəlib ki, elmi dərəcəsi belə olmayan Piri Axundov təlim-tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edir. Piri Axundovun qaynı Texnologiya Universitetinin Baş Hüquqşünası Bahadur Məmmədəliyev və Piri Axundovun ailə üzvü digər şəxs İqtisadiyyət və İdarə etmə fakültəsinin Elmi İşlər üzrə dekan müavini vəzifəsində işləyirlər.

8. Hər il “Tanıtım” adı ilə kifayət qədər pul vəsaiti xərclənsə də, universitetdə tələbə sayı ildən ilə azalır, lakin Təhsil Nazirliyinə, Gəncə Şəhər İcra Hakimiyyətinə bu barədə düzgün hesabat vermək əvəzinə, yalançı və şişirtmə rəqəmlərlə hesabat verilir.

9. Azərbaycan Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, burada çoxsaylı ixtisarlar aparılır. Texnologiya Universitetinin rektoru Akif Süleymanov 13.09.2017-ci il tarixli, 196 nömrəli əmri ilə, 29 noyabr 2017-ci il tarixində kütləvi olaraq universitetin əməkdaşlarının müqaviləsinə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir.

Xəbərdarlıq olunan şöbələrin adları:                                                     

1.Univeritetin Təsərrüfat şöbəsinin 81 fəhləsinə və 10 mühəndisinə.

2.Kitabxananın 27 işcisinə.

3.Universitetin mühafizəsinin 13 işcisinə.

4.İdman mərkəzinin 8 müəlliminə.

5.Hərbi uçot şöbəsinin 4 işcisinə.

6.İnformasiya şöbəsinin 4 işcisinə.

Ümumilikdə 150 nəfər əməkdaşa struktur dəyişikliyi adı altında 29 noyabr 2017-ci il tarixində müqaviləyə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir. Bu əməkdaşların hər biri Yeni Azərbaycan Partiyasının stajlı üzvləridir. Halbuki, prorektor Vüqar İsmayılov və onun ətrafı Gəncə Şəhər İcra Hakimiyyətinin maraqlanmasından sonra, müəmmalı şəkildə YAP sıralarına daxil olmaq haqqında Göyçay rayon təşkilatına ərizə ilə müraciət etmişlər.

10.Universitetdə aparılan ixtisarlara baxmayaraq, prorektor Vüqar İsmayılov rektorun zəifliyindən,  Akif Süleymanovun oğlu Şamil Süleymanov ilə işbirliyindən istifadə edərək, öz ətrafının bütün ailə üzvlərini universitetə işə qəbul etdirib, onlara universitetdaxili vəzifə verdiribdir.

10 oktyabr 2017-ci il tarixində Texnologiya Universitetinin 2 dosenti – Qulu Ağayev və Ramiz Həsənov, 2 məşqci müəllimi – Məhəbbət Kərimova və Afət Məmmədova struktur dəyişikliyi adı altında universitetdən kənarlaşdırılıb. Universitetdən kənarlaşdırılan müəllmlər idman müəllimləridir.

Ölkəmizdə idmana, idmançılara, məşqçi müəllimlərə diqqət bütün dünya üzrə nümunədir. Texnologiya Universitetində İdman Mərkəzinin ləğv olunması o deməkdir ki, rektor Akif Süleymanov və  prorektorlar tədrisi bilmirlər. İdman mərkəzini 29 Noyabr 2017-ci il tarixindən 196 nömrəli əmrlə bu il yaradılan, alınan rüşvətləri rəsmiləşdirən, Davamlı İnkişaf Mərkəzinə birləşdirirlər.

11.Texnologiya Universitetinin Ümumi şöbəsinin müdiri Mətləb Oktay Oğlu Əliyev 2015-2017-ci illərdə  Gəncə Şəhər Təhsil İdarəsinin Baş mühasibi işlədiyi vaxt işində tutduğu nöqsanlara, “korrupsiyaya” yol verdiyindən işdən azad olunub.

Ümumi Şöbənin müdiri Mətləb Oktay Oğlu Əliyev – ömründə bir dəfə dərsə girməyən şəxs, indi Sənayenin İqtisadiyyat və İdarə edilməsi kafedrasında müəllim kimi dərs də deyir. Bundan əlavə olaraq Texnologiya Universitetinin Maliyyə şöbəsinə nəzarət edən sabiq baş mühasib Mətləb Oktay Oğlu Əliyev rektor Akif Süleymanovun gündəmdə olan fiqurlarındandır.

12. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu? Rektor oğlu şəxsi avtomobilini (“LEXUS” markalı bahalı avtomobil) universitetin tədris binalarının arası ilə sürərməsi, məşhur AZİNKA şirkətinin vasitəsi ilə prorektor  təyin etdiyi Vüqar İsmayılovun otağından universiteti “ata mülkü” kimi idarə etməsi necə izah olunmalıdır?

Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun “LEXUS” markalı bahalı avtomobili Texnologiya Universitetinin həyətində “ATA mülkünün qarajı” kimi saxlamasının foto şəkili

Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanova məxsus olan 10-LL-123 “LEXUS” markalı avtomobil.

Azərbaycan Texnologiya Universitetini rektor Akif Süleymanov özəlləşdirərək “MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” kimi qeydiyyatdan keçirərək, fəaliyyət göstərməsi nə deməkdir? Vergilər Nazirliyində Məhdud Məsuliyyət Cəmiyyət kimi qeydiyyatdan keçən Azərbaycan Texnologiya Universitetinin kodu:  VÖEN 2300343181

Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev 30 oktyabr 2017 ci il də işdən əsassız olaraq kənarlaşdırılıb.

24 oktyabr 2017 ci il də Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyevə  Texnologiya Universitetinin rektoru Akif Süleymanov 253ƏMRİ ilə tömət verilib.

25 oktyabr 2017 ci il də tarixində təkrarən 254 № ƏMR ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanov yenidən Azər Allahverdiyevə şiddətli töhmət verib.

30 oktyabr 2017 ci il də isə 264 № Əmrlə  Texnologiya Universitetinin rektoru Akif Süleymanov kompüter mütəxəssisi Azər Allahverdiyevi işdən azad edib.

24 2530 oktyabr verilən 253-254-264 nümrəli əmrlər onu göstərir ki, Texnologiya Universitetinin kompüter mütəxəssisi AzərAllahvediyevin qəsdində duraraq, işdən qərəzli şəkildə uzaqlaşdırılıb. 6 gün ərzində bir şəxs haqqında üç əmr vermək onu göstərir ki, Azər Allahverdiyevi qərəzli olaraq işdən çıxartmaq  öncədən planlaşdırılıb.

Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev bizə açıqlamasında bildirdi ki,  rektor Akif Süleymanov 2017-ci ilin oktyabr ayında ancaq “ƏMR” verməkdə ona işləyib. 

253 nümrəli ƏMRİN surəti.  24 oktyabr 2017 ci il

254 nümrəli ƏMRİN surəti. 25 oktyabr 2017 ci il

264 nümrəli ƏMRİN surəti.  30 oktyabr 2017 ci il

 

Azər Allahverdiyev, hurriyyet.org

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=103518

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930