“Dəmir Bank”ın sabiq filial müdri məhkəmə zalında həbs edilib

16.11.2017 - 14:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, həmin şəxslərin himayəsində azyaşlı uşaqlar var.
Daha sonra zərərçəkmiş vəsatət qaldırıb. O, təqsirləndirilən F.Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib, həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Məhkəmədə F.Rəşadətlinin vəkili də vəsatət qaldırıb. O, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını tələb edib.
Məhkəmə zərərçəkmişin vəsatətini təmin edib. F.Rəşadətli məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında
cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

Xatırladaq ki, F.Rəşadətli “Dəmir Bank”ın filial müdiri olub, T.Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F.Qarayev isə bankın əməkdaşı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104629

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930