DİN Şəhidlər Xiyabanındakı o gənci araşdırır

12.12.2018 - 15:14

Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib:

“Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

 

“Vodeogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125488

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930