İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”

28.07.2019 - 18:13

İranın “Tasnim” agentliyi bu günlərdə xüsusi təyinatlıların təlimindən fotoreportaj yayıb.

Virtualaz.org xəbər verir ki, bu təlimlərdə İran komandosları üçün hədəf qismində İsrailin baş naziri Benyamin

Netanyahunun və ABŞ prezidenti Donald Trampın foto-plakatları yer alır. Agentlik bildirir ki, fotolar xüsusi təyinatlıların dəqiq atış təlimi zamanı çəkilib. Bu təlimlər zamanı xüsusi təyinatlılar istənilən situasiyada və istənilən şərtlər altında dəqiq atəş açmaq vərdişlərini mənimsəyirlər. Fotolara əsasən İsrailin baş naziri və ABŞ prezidenti güllələrdən “dəlmə-deşikdir”.

İranla ABŞ arasında münasibətlər hazırda çox gərgindir, eləcə də İsrail İranla faktiki müharibə vəziyyətindədir və onun Suriyadakı hədəflərinə tez-tez hava zərbələri endirir. İrandan isə vaxtaşırı olaraq İsraili “yer üzündən silmək” hədələri eşidilməkdədir.

Məsələn, İran parlamentinin rəhbərlərindən biri yerli televiziya ilə bildirib ki, onların ilk raket yaylım atəşindən sonra İsraildən ancaq “tüstülənən xarabalıq” qalacaq. İsraildən isə bu hədəyə cavab olaraq Livanı yer üzündən siləcəkləri haqda xəbərdarlıq ediblər.

İsrail ordusunun cənub hərbi dairəsinin keçmiş baş komandanı, general Yoav Qalant deyib ki, İrandan səslənən bu cür təhdidlərə “tamamilə ciddi” yanaşmaq lazımdır. O, İranın Livanın cənubunda mənzillənmiş “Hizbullah” qruplaşmasının köməyi ilə İsrailə hücum edə biləcəyini deyib.

“Əgər “Hizbullah” səhvə yol verərsə və İsrailə qarşı təcavüz həyata keçirərsə biz ona və bütün Livan ərazisinə misli görünməmiş gücdə zərbələr endirəcəyik. Mən İsrail müdafiə ordusunun “Hizbullah”a qarşı planını açmaq istəmirəm, amma onu deyə bilərəm ki, bizim zərbələrimiz nəticəsində Livan daş dövrünə qayıdacaq”,-israilli siyasətçi və keçmi hərbçi deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=130583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930