Xamenei müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırıb
İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Həcc toplumuna müraciətində müsəlmanları ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı birləşməyə çağırıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Xamenei müraciətində Həcc ayininin insanın fərdi və ictimai təsirindən danışıb, Həcc ziyarətinin bir-birindən uzaq olan ölkələrin insanları arasında bilik və təcrübə mübadiləsi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Xamenei qeyd edib ki, Həccin böyük bərəkətlərindən biri də müsəlmanlar üçün birlik imkanıdır.
O, “ABŞ-ın Asiyanın qərbində və Afrikanın şimalında millətləri ağır müsibətlərə salan və əzablarını artıran müharibələrinin qarşısını almaq” üçün müsəlmanların ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı birləşməsinin vacibliyini qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=132002