“Ermənistanda böhran hələ qarşıdadır”

19.09.2019 - 12:17

rasim agayev“Ermənistandan baş verən yüksək səviyyəli məmur istefaları və işdən çıxarılmalar gözlənilən proses idi. Çünki Ermənistanın maliyyə durumu ağırdır, insanlar getdikcə yoxsullaşır. Bunun əvəzində insanlar iki ilə yaxındır ki, ancaq quru vədlər eşidir”.

Bu fikirəri sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev Ermənistanda baş verən son istefaları “AzPolitika”ya şərh edərkən deyib.

Rasim Ağayev qeyd edib ki, Qarabağı işğal etməklə heç nə düzəlmir. Onun sözlərinə görə, vacibi insanların işləməsi, normal əməkhaqqı alması və rahat yaşayışıdır: “Digər tərəfdən, ermənilər öz gələcəyini Ermənistanda görmür. Çoxu Rusiya və Qazaxıstana üz tutur. Bu ümumi erməni problemidir. Əlbəttə, ümumi erməni razılaşması var ki, bu ölkə ərazilərini genişləndirməlidir. Bir neçə nəsil etrməni belə ideya ilə yaşayıb ki, onlar böyük və güclü xalqıdır, dünyada yerləri tam başqadır. Türkiyədəki əraziləri “geri” qaytarmalı, Qarabağla birləşməli, Naxçıvanı əldə etməlidir və s. Ancaq real həyat göstərdi ki, bununla məsələ bitmir. Mən ancaq hökumət böhranı deyil, erməni böhranını nəzərdə tuturam. Amma erməni ziyalı təbəqəsi, elitası, aparcı qüvvələri bu problemləri görmür və ya qəbul etmirlər. Əgər vəziyyət getdikcə pisləşirsə, insanlar daha da kasıblaşırsa, deməli yeganə çıxış yolu müharibədir. Xalqın da xoşuna gəlirdi ki, müharibə etsinlər, dağıtsınlar, ərazilər əldə etsinlər, qazanc gəlsin. Yəni bu məsələdə xalq və siyasi dairələrin mövqeləri üst-üstə düşür. Mən bu məqamı ciddi təhlükə hesab edirəm. Başqa sözlə, ermənilər gec-tez çıxış yolunu yeni ərazi uğrunda müharibə də görəcək. Biz mütləq Ermənistanın daxili durumunu sistemli şəkildə izləməli, analiz aparmalı və görməliyik ki, hakim dairələr hansı addımlar atacaq. Ermənilər 1990-cı ildən sonrakı dövrdə uzaqgörənlik nümayiş etdirməyiblər. Bir tərəfdən qonşularına qarşı ərazi iddiaları irəli sürür, digər tərəfdən bunu Rusiyasız edə bilməyiblər. İndi isə daha çox Qərbə bağlanmaq istəyirlər. Bu necə olacaq? Sizin Qərblə sərhədiniz yoxdur, qonşularla müharibə vəziyyətində, çıxış yox. Üstəlik, erməni gəncləri ölkədən qaçır. Hazırda Ermənistan əhalisinin yarısı ölkədən qaçıb”.

pasinyan

R.Ağayevin fikrincə, indi Yerevanda baş verən istefa və komanda tərkibində dəyişikliklər sonda Azərbaycanla müharibəyə gətirib çıxaracaq: “Ermənistan müharibəyə əl atmsa və qonşularla dil tapmasa, orada çürümə prosesi davam edəcək. Hesab edirəm ki, Ermənistan hakimiyyətində böhran hələ qarşıdadır. İstefalar çox olacaq, yuxarı eşalonda mübahisələr və qarşıdurmalar müşahidə olunacaq. Paşinyan sabah istefa versə onun yerinə kim gələcək? Orada üzdə olan əsas siyasi qüvvələr yeni heç bir proqram təklif etmirlər. Hamısının fikri köhnə məsələdir – Qarabağı özünə birləşdirmək, Azərbaycandan Naxçıvanı almaq, Türkiyəni yerində oturtmaq, imkan varsa Gürcüstandan nəsə qoparmaq. Onların son illər yeganə fərqli davranışı İranla oyun oynamaqdır ki, bu da Qərbin tapşırığı ilə ola bilər. Hər halda Ermənistanın durumu ağırdır. Erməni siyasi qüvvələr eyni cür düşünür və bu sonda müharibəyə gətirib çıxaracaq. Baxmayaraq indi Azərbaycan əvvəlki deyil. Azərbaycanın ordusu var, silah imkanları, maliyyə rezervi, müttəfiqləri əvvəlkindən qat-qat çoxdur. Birinci Azərbaycan-Ermənistan müharibəsi ilə indiki situasiya fərqlidir. İndi böyük layihələr, qlobal neft və qaz xətləri Azərbaycandan keçir. Burada onlarla iri Qərb kampaniyaları işləyir və onlar öz maraqlarından başqa bir şey düşünmürlər. Bu kampaniyalar Ermənistanın əl-qolunu bağlayan faktorlardan biridir. Bir sözlə, Ermənistan ya tutduğu siyasətindən imtina etməlidir, ya da sonda müharibə qaçılmaz olacaq. Onlar ideologiyasını dəyişməlidir və bunun özü əsl inqilab olardı. Amma bunu istəyən erməni qrupu yoxdur. Yerindən çıxan erməni ordusundan, torpağından, Qarabağdan danışır. Odur ki, Azərbaycan əvvəl-axır özünü nümayiş etdirmək məcburiyyətində qalacaq”.

Xatırladaq ki, son günlər Paşinyan hökumətində ciddi kadr böhranı özünü göstərir. Ermənistanın daxili işlər naziri Valeri Osipyan, Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifələrini itirib. Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın işdən çıxarılması üçün yeni proses başlanılıb. Buna qədər baş nazir Paşinyanın bir neçə məsləhətçisi hakim komandadan ayrılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133287

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930