10 nəfər qovuldu – Nazir “rüşvət otaqları”nı ləğv edib…

11.10.2019 - 15:33

Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.

BakuPost.az xəbər verir ki, yol polislərinin iş rejimi tamamilə dəyişdirilib, Bakı Şəhər Yol Polisi İdarəsində daha çox “rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edilib, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldilib.

Nazirin əmri ilə bu gündən başlayaraq yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar.

İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün, bu, gözlənilməz qərar olub.

Vilayət Eyvazov Bakı Şəhər Yol Polisi İdarəsində təmizləmə işləri də aparıb. Bildirilir ki, onun tapşırığı ilə yoxlamalar aparılıb və 10 nəfər yol polisi əməkdaşı işdən uzaqlaşdırılıb, 20-yə yaxın əməkdaş barədə isə araşdırmalara başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930