İcra başçılarının səfərbərlik hoqqabazlığı

20.07.2020 - 01:09

Tovuz istiqamətində baş verənlərin insanlarımızın içində Qarabağın işğalı, xalqımıza qarşı törədilən qətliamlar səbəbindən illərdən bəri yığılıb qalmış qəzəb, intiqam hislərini alovlandırması təbiidir. Əsasən gənclərdən ibarət vətəndaşlarımızın paytaxtda baş tutan məlum aksiyası və torpaqlarımızın azad edilməsi üçün səfərbər olmaları da bunun davamı hesab edilməlidir.

Qısa müddətdə minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək, könüllü kimi qeydiyyatdan keçiblər. Lakin təəssüf ki, bəziləri bu işi də illərdən bəri öyrəşdiyimiz növbəti süni, şit bir kampaniyaya çevirməkdədirlər. Xüsusilə də icra başçılarının bu prosesdə “boy göstərməsi” insanlarda qıcıq və məyusluq hissi yaradır.

Artıq Göyçayın və Abşeronun icra başçıları yerli səfərbərlik şöbələrinə gedib, adlarını siyahıya yazdırıb, pozlar verərək, şəkillərini mətbuatda yaydırıblar. Yəqin ki, başçıların başlatdığı və özlərindən başqa heç kimə lazım olmayan bu kampaniyanın davamı gələcək və digər rayonların rəhbərləri də bu prosesə qoşulacaqlar.

Məlumat üçün bildirək ki, Göyçayın icra başçısının yaşı 65-i ötüb. Abşeronun icra başçısı isə qadındır. Yəni dünya dağılsa, bu adamları heç kim savaşa-filana aparan deyil. Bəs belə olan halda, bu nə artistlik, nə əttökənlikdir görəsən? Guya insanlar bilmir ki, istənilən, xüsusilə də “köhnə uklad”dan olan icra başçısı onun canına iynənin ucu qədər, yaxud milyonlarına bircə qəpiklik ziyan dəyə biləcəyindən şübhələnsə, səfərbərlik xidmətinin heç qapısına, həndəvərinə də yaxın getməz? İndi də bilirlər ki, siyahıya yazılmağın onlara zərrə qədər də təhlükəsi yoxdur. Əksinə, növbəti dəfə xalq üçün hansısa vacib, əhəmiyyətli bir işin içinə etmək fürsəti yaranıb ki, bunu da edirlər…

Əslində, bu adamların səngəri başçılıq etdikləri rayonlardakı şəhid, əlil ailələrinin qapısı olmalıdır. Vətənə xidmət etmək istəyirlərsə, o qapılarda xidmət etsinlər. Ancaq hansını tərpətsən görərsən ki, hərəsinin tək bir villasının dəyəri həmin rayondakı bütün şəhid ailələrinin daxmalarının dəyərinin cəmindən qat-qat çoxdur.

Belələrinin vətənpərvərliyi, könüllülüyü də ölkə rəhbərliyinin ünvanına söylədikləri təriflər, mədhiyyələr kimi saxta, yalançıdır. Keçirdikləri tenderlərdən tutmuş verdikləri torpaq, tikinti icazələrinə qədər hər şeyi korrupsiya, rüşvət mənbəyinə çevirənlərin, vətəndaşın salamını da pulsuz almayanların vətən, torpaq, millət sevgisinə, fədakarlığına kim inanar?!

Qısa müddət bundan əvvəl DTX Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi. İcra başçısı İradə Gülməmmədovanın özündən başqa qurumun az qala bütün vəzifəli şəxsləri istintaqa cəlb olundu, baş memar da daxil olmaqla, bir neçə nəfər həbs edildi. İndi kimsə inanarmı ki, bütün rayonlarda başçıların 1 nömrəli pulyığanı olan baş memar Abşeronun xanım icra başçısından xəbərsiz bu işlərə qol qoyub? Guya kim bilmir ki, istənilən icra hakimiyyətinə rüşvət kimi daxil olan hər qəpiyin başçıya hesabatı verilir? Bütün bunlardan sonra bu başçının səfərbərlik xidmətinə gedib reklam şəkilləri çəkdirməsinin adı nədir?

Yaxud olsun fəaliyyətindən ən çox narazılıq, şikayət daxil olan başçıların sırasında yer alan Göyçayın icra başçısı. Sıravi vətəndaşdan şəhid ailəsinə, iş adamından fermerə kimi Mehdi S

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150400

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930