Ordumuz şimal və cənubdan sürətlə irəliləyir – Düşmən darmadağın edilib

07.10.2020 - 15:27

Azərbaycan ordusu erməni işğalındakı torpaqlarımızı geri almaq üçün uğurla irəliləyir. Ordumuzun əks-hücum əməliyyatı nəticəsində düşmən darmadağın edilir. 

Hərbi ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, Ermənistan ordusu iflic vəziyyətinə düşüb:

“Azərbaycan ordusu Qarabağın həm şimal, həm də cənub istiqamətində uğurlu hərbi əməliyyatları davam etdirir. Müasir döyüş qaydaları çərçivəsində aparılan bu əməliyyatlarda Ermənistan ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edilib. Həmçinin, silah-sursat anbarları, komanda-qərargah məntəqələri sıradan çıxarılıb. Bununla Ermənistan ordusu müdafiə imkanlarını itirərək iflic vəziyyətinə düşüb. Baş verənlər onu deməyə əsas verir ki, Azərabaycan ordusunun sürətli əks-hücum əməliyyatının qarşısını alacaq maneələr ön xətdə aradan qaldırılıb. Müəyyən dövrdən sonra hərbi əməliyyatların birinci mərhələsi yekunlaşacaq. Bununla da Azərbaycan ordusu zəruri addımları davam etdirəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155597

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930