Ziya Məmmədov dənizkənarı villasını 50 milyon dollara təcili satır

06.07.2015 - 01:50

Ziya MəmmədovAzərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədov Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlib. Bu barədə BakuNews-a etibarlı mənbə məlumat verib. Məlumatda qeyd edilir ki, Son günlər Ziya Məmmədova qarşı mətbuatda hucumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını “sonun başlanğıcı” kimi qiymətləndirən nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib və Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və dünən nəqliyyat nazirinin bu bahalı mülkünə baxış keçirib.

Etibarlı mənbə həmçinin qeyd edib ki, Ziya Məmmədov bəzi qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirlməsi üçün göstəriş verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27702

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930