Ağdaşdan deputatlığa namizəd Cavid Osmanovun diplomu saxta çıxdı

17.05.2016 - 17:11

cavid-osmanov2Qahirədə ali təhsil “alan” I müavinin dini icmalarla iş birliyinin səbəbi məlum oldu.

Ağdaş rayon icra hakimiyyəti başçısının I müavini, hakim Yeni Azərbaycan partiyası rayon şöbəsinin sədri Cavid Osmanovun 90 saylı Ağdaş dairə seçki komissiyasından namizədliyinin irəli sürülməsindən sonra mətbuat bu şəxslə bağlı çox sayda ziddyətli məlumatlar dərc edir. Bir neçə dəqiqə əvvəl Conflict.az-a Ağdaşdakı mənbəmizdən daxil olan məlumatda icra başçısının I müavininin Misirin paytaxtı Qahirədə “təhsil alması” ilə bağlı məlumat daxil oldu. Məlumatı verən mənbə bildirdi ki, C.Osmanov həqiqətən bir müddət Qahirə şəhərində yaşayıb. Ölkəyə qayıtdıqdan sonra isə Qahirədə yaşama səbəblərini təhsil alması ilə əlaqələndirib. Qısa müddətdən sonra isə C.Osmanovun ali təhsil almasını təsdiq edən diplomunun saxta olduğu məlum olub. Mənbə onu da əlavə etdi ki, Osmanovun Misirdə şübhə doğuran yaşayışının nədənləri, Ağdaş rayon icra hakimiyyti başçısının I müavini təsdiq ediləndən sonra özünü idarəçilikdə daha qabarıq şəkildə göstərməkdədir.

Ağdaşın əksər kəndlərində dini icmaların yaradılması, yerli icra nümayəndələrinin icma rəhbərləri təyin edilməsi, siyasi qərarların məscidlərdə qəbul olunması, ölkə insanı üçün xarakterik olmayan dini cərəyan nümayəndələrinə rayon ərazisində geniş biznes imkanlarının verilməsi və s. I müavinin şübhəli bağlılığının olması qənaətini yaradır. Məlumatı verən mənbə bir müddət öncə Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə ölkədə illərdir gizli fəaliyyət göstərən “fətullahçıların” aşkarlanması, paytaxtın Yasamal rayonunda vəhhabi təriqətinə məxsus şəxslərin kütləvi həbsi zamanı Ağdaş rayon icra hakimiyyətinin başçısının I müavini Cavid osmanov ciddi şəkildə narahat imiş. Mənbə onu da bildirdi ki, hətta Osmanov həmin hadisələr zamanı bir müddət iş yerində də görünməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031