Rus kəşfiyyatının prezident Elçibəyə sui-qəsd planı – ŞOK İDDİA

21.07.2016 - 00:22

elcibeyBir müddət öncə, “Rossiya 1” telekanalının efirində indiyə qədər Azərbaycan ictimaiyyətinə məlum olmayan məlumat səsləndirilib. İddiaya görə, Ayrat Gimranovun Rusiyada məşhur olan cinayətkar dəstəsi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyə sui-qəsd hazırlayırmış. Bir çox arxiv sənədləri, həmçinin Rusiya hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının ifadələri göstərib ki, bu cinayətkar dəstə Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilib.
Elçibəy hakimiyyəti dövründə hökumətdə təmsil olunmuş Zəlimxan Məmmədli Savash. org-a açıqlamasında eks-prezidentə qarşı sui-qəsd təşkil olunması faktını təsdiqləyib. O, qeyd edib ki, belə cəhdin olması gözlənilən idi: “Rusiyanın hakim dairələri, o cümlədən İranın teokratik rejimi Elçibəy tiplərini, yəni milli dövlət quruculuğu ilə məşğul olmaq istəyən demokratları, bu coğrafiyada Azərbaycan adlı demokratik, Qərbə inteqrasiya edən bir dövlət qurmaq istəyən şəxsləri məhv etmək fikrində olublar. O təfəkkürdə olan qüvvələr üçün ən böyük qorxu vətəndaşların azadlığı, özünü ifadə etməsi və demokratik quruculuqdur. Əbülfəz bəy vurğuladığım platformanın sahibi idi. Əbülfəz bəy tarixdə milli demokrat olaraq qalıb, Rəsulzadə irsini siyasi hakimiyyətə daşıyıb və müxtəlif səpkili islahatların fəlsəfəsini, əsasını qoyub. Rusiya və İran yaxşı bilirdi ki, əgər demokratik cəmiyyət quruculuğu onlara nüfuz edərsə, gələcəkdə imperiyaları çökə bilər. Ona görə də Rusiyada müəyyən dairələr azad düşüncədə olan bu cür liderləri aradan götürmək istəyib. Bu, keçmişdə də belə olub, indi də belədir. Nə qədər ki, həmin dövlətlərdə imperiya təfəkkürü hökm sürür, Elçibəy kimi adamlara sui-qəsd təşkil olunacaq. Əgər Rusiya demokratikləşərsə, bizim ən böyük müttəfiqimiz olar. Təəssüflər olsun ki, Moskva hələ bu həqiqəti dərk etmir və keçmiş düşüncələrlə postsovet məkanına təsir etməyə çalışır”.
Z.Məmmədli diqqətə çatdırıb ki, Elçibəy kimi, Saakaşvili kimi liderlər daim təqib olunub, repressiyalara və mənəvi-psixoloji terrorlara məruz qalıblar: “Gürcüstanın başına gətirilən oyunlar gözümüzün qabağındadır, bunların hamısı faktdır. Rusiyanın müəyyən dairələri birmənalı şəkildə milli dövlət quruculuğu yolunda olan liderləri həzm etmək niyyətində deyil. Bu səbəbdən hər zaman çalışıblar ki, onları siyasi səhnədən silsinlər, fiziki cəhətdən məhv etsinlər”.

Orxan, Savash.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70560

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930