Azərbaycan idmanında təhlükə: “İŞİD-çi də var, digərləri də…” – İDDİA

26.08.2016 - 00:56

zelimxanmemmedliTürkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra bu ölkədə gülənçilərə qarşı ciddi mübarizə başlayıb. Türkiyə hökumət bütün strukturlarda yoxlamalar və təmizləmələr aparır. Araşdırmalar nəticəsinə Türkiyədə nurçuların və eyni zamanda digər təhlükəli dini təriqələrin idman sahəsinə də nüfuz etməsi halı aşkarlanıb. Qardaş ölkənin tanınmış idmançılarından bir neçəsinin –Hakan Şükür, Arif Ərdəm və başqalarının adı nurçuluqda hallanır. Əlbəttə bu məsələ Azərbaycanı düşündürməyə bilməz. Ona görə ki, Türkiyənin idman sahəsində nurçuluğa və digər təhlükəli təriqətlərə xidmət edənlər mövcudluğu onların Azərbaycanın idman sahəsinə sızması ehtimalını gücləndirir. Maraqlıdır, görəsən zərərli təriqətlər Azərbaycan idmançıları arasında da yayılıbmı?
Sualımızı cavablandıran Cüdo federasiyasının keçmiş rəhbəri Zəlimxan Məmmədli cümhuriyyət.az -a söyləyib ki, idman ciddi şəkildə fədakarlıq tələb edən bir sahədir: “ Respublikanın fəxri bədən tərbiyəsi işçisi olaraq , 10 il bir federasiyaya rəhbərlik etmiş birisi olaraq və idmançı ailəsindən böyüdüyüm üçün deyə bilərəm ki, idman sosial müdafiəsiz təbəqəyə daxildir: “İdmançının zehniyyəti zəifdirsə, onun fiziki gücü önə çıxır. Qarşısındakı tərəf müqabilini anlatmaq üçün söz ehtiyatı zəif olur. Eyni zamanda onun məntiq qıtlığı varsa, güc önə gəlir. Belə hallarda idmançıda kriminallaşma, kriminal dəstələrə qoşulma və yaxud da ədalətsizlikləri zor gücü ilə bərpa etmə eşqi yaranır. Hazırda Azərbaycandan İŞİD də və digər radikal qruplaşmalarda döyüşən gənclərin xeyli hissəsinin idman təmayüllü olduğunu düşünürəm. Bəziləri haqqındada da məlumatlarım var ki, həmin adam vaxtilə idmançı olub.Lakin sonrakı dönəmlərdə radikal cərayanlara qoşulub. Bu, təbii ki, ölkədə dinin lazımı səviyyədə olmamasından irəli gəlir. Bundan başqa insanların sosial rifahının və həyat şəraitinin yaxşılaşmasına yönəlik tədbirlər görülməyəndə onlar alternativ yollar axtarır. Alternativ yollar da cazibəli ədalət şüarları ilə gəlir. Və cahillərin radikal dini zümrüyə qatılmasına şərait yaranır. Bu baxımdan düşünürəm ki, ayrı- ayrı radikal cərəyanlarda Azərbaycan idmançıları da var”.
Mənsur, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930