Əbülfəz Qarayevdən prezident sərəncamına sayğısızlıq

22.09.2016 - 23:47

ebulfezqarayevÖlkəmizin “Eurimages”-ə üzv ola bilməməsi Azərbaycan rejissorlarında narahatlıq doğurub. A24.Az tənəzzül etməkdə davam edən ölkə kinosuna fayda verəcək bu üzvlüyün artıq neçə illərdir təxirə düşmə səbəblərini araşdırıb. Sovet hakimiyyəti zamanı Azərbaycanda  kino sahəsi uğurla inkişaf etsə də, bu gün təəssüflər olsun ki, film sənayemiz süqut etmək üzrədir desək mübaliğə etmiş olmarıq.

Azərbaycanfilm kinostudiyası demək olar ki, fəaliyyətsizdir. Baxmayaraq ki, son zamanlar kino sahəsini inkişaf etdirmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Nəticə isə göz qabağındadır. Təəssüf ki, nə keyfiyyət, nə də peşəkarlıq istənilən səviyyədə deyil. O zaman belə bir sual ortaya çıxır nəticə yoxdursa ayrılan pullar hara və nəyə xərclənir?

Xatırladaq ki,  Azərbaycan prezidenti İlham Əliyevin milli kinomuzun inkişafı ilə bağlı verdiyi sərəncam əsasında hazırlamş“Azərbaycan kinosunun inkişafı 2008-2018” dövlət proqramında bir çox öhdəliklər var. Bunlardan ən əsası isə Azərbaycanın Avropa Kino Təşkilatı olan “Euroimages”ə üzv edilməsidir. Mədəniyyət və Turizm Nazirliyi bu öhdəliyi ya unudub, ya da unutmaq istəyir. Çünki neçə illərdir nazirlik təşkilatla danışıqlar apardığını desə də, heç bir nəticə yoxdur. Bitmək bilməyən təmir işləri, uzun sürən danışıqlar və yenə də nəticəsiz sonlarla kinomuz öz tənəzzül yolunda hər gün bir az daha irəliləyir.

Gürcüstan Türkiyə hətta Ermənistanın belə üzv olduğu bu təşkilata Azərbaycanın neçə ildir üzv ola bilməməsindən danışan rejissor Elvin Adıgözəl Mədəniyyət və Turizm Nazirliyini yalan danışmaqda ittiham edib. Onun sözlərinə görə, nazirlik prezidentin sərəncamı əsasında hazırlanan dövlət proqramındakı öhdəliklərə əməl etmir:axar.az1392844581elvin

“ İlham Əliyevin 2008 – 2018 ci il kino haqqında verdiyi sərəncamda yerinə yetiriləsi bir çox öhdəliklər var. Bunların isə ən əsası Azərbaycanın Avropa kino təşkilatı olan “Eurimages”ə üzv olmasıdır. Məhz bu barədə Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə açıqlama verib ki, təşkilatla danışıqlar aparılır. Hətta kino adamları arasında belə bir dezinformasiya yayıblar ki, bu ilin sonuna qədər Azərbaycan “Eurimages”ə üzv olacaq. Əlbəttə bunların yalan olduğunu mən bilirdim. Beləliklə məsələnin doğruluğunu yoxlamaq üçün “Eurimages”ə rəsmi məktub yazdım. Onlar isə mənə rəsmi cavab verdilər. Cavab isə belədir : “2014 cü ildə Azərbaycan Mədəniyyət və Turizm Naziri Kinostudiyanın təmir olunduğunu və çox yaxında təşkilata müraciət edəcəkləri deyib. Amma artıq 2 ildən çoxdur heç bir cavab ya da məktub almamışıq”.

“Euroimages”dən Elvin Adıgözələ göndərilən məktubun mətni:

“Hörmətli cənab Adıgözəl,

Məktubunuza cavab olaraq bildirmək istəyirik ki, 2014 – cü ilin yanvarının əvvəlində Mədəniyyət və Turizm Naziri Avopa Şurasındakı daimi nümayəndələri vaistəsi ilə “Eurimages”in Prezidentinə məlumat verib ki, fonda üzvlük məsələsini hələlik dayandırılıb. Çünki Azərbaycan film studiyasının təmiri gedir və müasir texniki avadınlıqlara təmin olunacaq. Bu səbəbdən “Eurimages” fonduna üzvlük prosesinin hələlik dayandırması əlverişli hesab edilib. O vaxtdan bəri Azərbaycan rəsmiləri tərəfindən heç bir məktub və yeni xəbər almamışıq.

Hörmətlə, Roberto Olla

“Eurimages” təşkilatının icraçı rəhbəri”.

14374555_10209304030589559_1145903493_o

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi ilə əlaqə saxladıq. Nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu sahədə yenidənqurma işlərinin görüldüyünü  və maddi texniki bazanın yenidən qurulduğunu söylədi. “Təşkilata üzv olmaqla bağlı müzakirələr və məsləhətləşmələr aparılıb. Lakin hələ müraciət edilməyib”-deyə Yusif Şeyxov məsələyə münasibət bildirib.

Məlumat üçün deyək ki, Ermənistan 2016-cı ilin yanvarından bu təşkilatın üzvüdür. Bu üzvlük Ermənistan kinosunun onsuz da yaxşı olan beynəlxalq əlaqələrini artıracaq. Biz adı çəkilən respublika ilə təkcə hərbi konfliktdə yox, həm də informasiya müharibəsindəyik və onların bu fonda üzvlüyü bizim mövqelərimizi zəiflədəcək, xüsusi ilə Qarabağ mövzulu filmlərin beynəlxalq arenaya çıxarılması, bu problemə baxışlarımızın təbliğatı məsələsində bizim fonda üzv olmamağımız bizim üçün təhlükəlidir.

“Eurimages” təşkilatı Avropa İttifaqının kino dəstəklənməsi fondudur. Layihələrin Avropaya inteqrasiyası cəhətdən əhəmiyyəti misilsizdir. Yaxın qonşumuz Gürcüstan artıq 5 ildən artıqdır təşkilatın üzvüdür və bu üzvlük Gürcüstan kinosuna maliyyə dəstəyinin cəlb edilməsində və gürcü kinosunun xarici festivallarda iştirakına yaşıl işıq yandırıb. Gürcü kinematoqrafçıların bildirdiyinə görə bu təşkilatın üzlük haqqı 150000 avro artıqlaması ilə özünü doğruldub.

Fondun üzvü olan ölkələr birgə layihələr həyata keçirir və istehsal olunan filmlər hər üç ölkənin milli məhsulu olur və hər üç ölkə həmin filmin yayımı ilə məşğul olur. Bunun nəticəsində filmin maliyyə xərcləri özünü doğruldur və qazanc gətirir. Azərbaycan prezidentinin 2007-ci ildə təsdiq etdiyi “2008-2018-ci illər kinonun inkişafı Dövlət Proqramın”da bu təşkilata üzvlük həyata keçirməli tədbirlər sırasındadır. Amma üzvlük hələ də reallaşmayıb.

Aynur Ələkbərova, a24.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76357

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930