GƏDƏBƏYDƏ ETİRAZ YETİŞİR: İcra başçısının “saxta veteran” biznesi ifşa olunub

30.09.2016 - 23:46

rrBir neçə ay bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarovun veteranlıq statusu düzəltdirmək adı ilə vətəndaşlardan kütləvi surətdə pul yığdırması haqda mətbuatda yazılar dərc olunmuşdu. Həmin yazılarda başçısının külli miqdarda büdcə vəsaitinin qanunsuz xərclənməsi yolu ilə vergidən yayındırılmasına şərait yaradan əməllərə yol verdiyi qeyd olunurdu. Bununla bağlı cumhuriyyet.az-a daxil olan son məlumatlar onu deməyə əsas verir ki, Ramiz Yediyarova müharibə şəraitində olan bir ölkənin vətadaşının döyüş ruhuna zərbə vuran bu əməlləri sona çatdırmaq imkanı verilməyib.
Təsdiq olunması üçün aidiyyati dövlət qurumlarına göndərilən və veteranlıq statusu almaq üşün bir ətək pul ödəmiş şəxslərin siyahısı bir müddət əvvəl geri qaytarılıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə dövlət qurumları siyahı üzrə adları keçən şəxslərin veteranlıqlarını təsdiqlənməyərək geri qaytarıb. Amma bu fakt icra hakimiyyəti tərəfindən vətəndaşlardan gizlədilir.
İcra hakimiyyəti və hərbi komissarlığın rayon şöbəsi tərəfindən dələduzluq yolu ilə vətəndaşlardan alınaraq mənimsənilmiş yüz min manatdan artıq vəsaitin kimin tərəfindən geri qaytarılacağı da bu gün məlum deyil.
Hələlik vətəndaşlardan gizli saxlanılan, amma gizlədilməsi mümkün olmayan bu məsələnin yaxın vaxtlarda rayonda böyük gərginlik yaradacağının şübhəsiz olduğu da gələn məlumatlar sırasındadır.

Elçin Əmirov, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=77504

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031