Aşura qadağasının şok səbəbi: Terror təhlükəsi

19.10.2016 - 09:37

Ölkədə terror təhdidinin qarşısının alındığı, dini zəmində qarşıdurma yaradılmasına hesablanmış provokasiya hazırlandığı haqda iddialar var

rrAzərbaycanda Aşura günü hökumətin küçə yürüşlərinə qadağa qoyması ölkədə birmənalı qarşılanmadı. Hətta dindarlar arasında ciddi etirazlar, narazılıqlarını bildirənlər oldu. Bəzi ehtimallara görə, hökumət ildən-ilə artan kütləvilikdən narahat olduğu üçün builki Aşura aksiyalarına, xüsusən də məscidlərdən kənarda, açıq havada toplantılara və yürüşlərə qarşı məhdudiyyət tətbiq etdi.
Polis və hökumət məmurlarının cəhdləri nəticəsində builki Aşura mərasimlərində açıq havada kütləvi yürüşlər olmadı. Azərbaycan hakimiyyətinin uzun illər heç bir məhdudiyyət tətbiq etmədiyi, heç bir maneə yaradılmayan Aşura mərasimlərinə bu ildən qoyulan qadağaların səbəbi müəyyən mənada anlaşılmaz oldu. Əlbəttə, aydın məsələdir ki, həddən artıq kütləvilik, əhalinin toplanaraq küçələrdə yürüşlər keçirməsinin hakimiyyəti narahat etməsi ilə bağlı versiyalar var. Lakin bugünlərdə aldığımız məlumata görə, builki qadağanın arxasında daha ciddi və təhlükəli səbəb olub.
Bizə çatan bilgilərə görə, Aşura günü tez-tələsik tətbiq olunan və polis vasitəsilə həyata keçirilən yürüş və toplanmaların qarşısının alınmasının əsas səbəblərindən biri terror təhdidi olub. Hüquq-mühafizə orqanları Aşura günü Azərbaycanda kütləvi tədbirlərin keçirildiyi məkanlardan birinə terror hazırlanması haqda məlumat əldə edib. Daha sonra bu istiqamətdə əməliyyat keçirilib və həbslər aparılıb. Həmçinin ictimai nəqliyyatda, alış-veriş mərkəzlərində də terror aktlarının olacağına dair xüsusi xidmət orqanlarına siqnal daxil olduğu deyilir. 
 
Image result for Aşura
Lakin eyni zamanda təhlükəsizlik orqanları terror təhdidinin hələ davam etdiyi və Aşura günlərində kütləvi toplantı olan məkanlara olan təhlükəni nəzərə alaraq maksimum dərəcədə aksiyaları məhdudlaşdırmaq, Aşura mərasimlərinin daha çox qorunan və ya təhlükəsizlik baxımından nəzarət etməyin mümkün olduğu məkanlarda keçirilməsinə çalışıb.
Qeyd edək ki, demək olar ki, hər il Aşura günləri İraq, İran, Suriya, Pakistan və digər şiələrin kompakt yaşadığı bölgələrdə terror baş verir və ya buna cəhdlər olur.
Image result for Pakistan terror
Xüsusən də son illərdə müsəlman dünyasında təkfirçi fikirlərin geniş yayılması, radikal təkfirçi qrupların fəallaşması digər dini qruplara, o cümlədən şiələrə qarşı terror hücumlarının artımı ilə müşayiət olunur. Xüsusən də Aşura mərasimləri kimi təkfir etdikləri dini mərasimlərə hücumlarda fəallıq göstərirlər. Builki Aşura günlərində İranda terror hazırlayan qrup ifşa olunub və 100 kq partlayıcı ələ keçirilib.
Image result for partlayış
Azərbaycan uzun illərdir bölgənin sabitlik adası olsa da, zaman-zaman burda da terror cəhdləri olub. 2000-ci illərin əvvəllərində radikal islamçıların terror fəaliyyətləri olsa da, təhlükəsizlik orqanları bu fəaliyyətlərin qarşısını alıb. Görünür ki, Azərbaycan da radikal təkfirçilərin hədəfindədir. 
Ancaq eyni zamanda bu hadisənin planlanmış təxribat olması ehtimalı da güclüdür. Çünki Azərbaycan əhalisinin böyük əksəriyyətinin mənsub olduğu məzhəbin əsas hüznlü günlərindən olan Aşura zamanı terrorun törədilməsi ölkədə dini zəmində gərginliyi daha da artıra, dini cərəyanlar arasında nifrəti dərinləşdirə bilər, hətta toqquşmalara gətirə bilər. Azərbaycanın yerləşdiyi coğrafi məkan bu cür gərginlik və təxribatın ciddi nəticələr doğurmasına səbəb olar.
Qeyd edək ki, hələlik rəsmi qurumlar Azərbaycanda hansısa terror təhdidinin olması barədə açıqlama verməyib. Çox güman ki, daha əvvəlki vaxtlarda olduğu kimi bu cür açıqlama olmayacaq. Ancaq son zamanlar dövlət rəsmilərinin xarici təhdidlər və təzyiqlərlə bağlı ardıcıl xəbərdarlıqları müəyyən mənada bu cür narahatlıqların ifadəsi sayıla bilər. 
Musavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79519

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930