Veteranlar Təşkilatının plenumunda SKANDAL: General “yoxa çıxdı”, polkovnik aldatdı…

23.11.2016 - 11:15

rrXəbər verdiyimiz kimi, 22 noyabr 2016-cı il tarixdə Respublika Veteranlar Təşkilatının Plenumu keçirilib. Tədbirlə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olib. Nizamnaməyə uyğun keçirilməyən plenium legitim deyil, yəni saxta keçirilib. Belə ki, plenumdan əvvəl qanunauyğun olaraq Rəyasət Heyətinin iclası keçirilməyib. Cəlil Xəlilov Plenium iştirakçılarına Dadaş Rzayevin səhər-səhər Təşkilata gəldiyini, tapşırıqlar verdiyini və iştirakçılara salam göndərdiyini deyib.
Cəlil Xəlilovdan fərqli olaraq Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı olmuş, Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi andını içmiş Başkənd əməliyyatına rəhbərlik etmiş, Azırbaycanın Müdafiə Naziri olmuş, keçmiş SSRİ Silahlı Qüvvələrində böyük nüfuza malik olan Dadaş Rzayevin məgər Plenumdan əvvəl Xəlilova tapşırıq verməyə və veteranlara salam göndərməyə gəlib? Toplantıyla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar bununla yekunlaşmır. İclas keçirilməsi zamanı da qanun pozuntularına yol verilib. Cəlil Xəlilov Plenumun üzvü professor, Böyük Vətən Müharibəsi veteranı, ictimai xadim 97 yaşlı, Əbdülağa Cavadova söz verilməyib, əvəzində isə özlərinin öyrətdikləri bir neçə nəfər çıxış edib. Toplantıda çıxışa yazılan 22 nəfərdən yalnız əvvəlcədən öyrədilmiş 5-6 nəfər danışdı ki, onlar da hərbçi olmayıblar. Çıxışa yazılanların içərisində Əfqanıstan, Qaqrabağ və Silahlı Qüvvələr veteranı olmuş ehtiyatda olan bir neçə polkovnik vardı.
Plenumda iştirak edən mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə mətbuatda gedən yazılardan sonra qorxuya düşən Cəlil Xəlilov pleniumdan sonra 20-30 nəfərə 500 manatdan pul payladı. Müdafiə Nazirliyinin mühəndis xidmətinin keçmiş rəisi, Qarabağ və Silahlı Qüvvələr veteranı ehtiyatda olan polkovnik Cəmşid Qasımov Cəlil Xəlilovun Qarabağda döyüşmədiyini, Qarabağ veteranı vəsiqəsini saxta yollarla aldığını və belə bir şəxsin Veteranlar Təşkilatına rəhbərlik etmək istəməsinin veteranlar üçün təhqir olduğunu bildirdi. Cəmşid Qasımov cumhuriyyet.az-a bildirib ki, bir gün Müdafiə Nazirliyində xidmət etməyən bir şəxs Müdafiə Nazirliyinin geyim formasını və usta məharət dərəcəsi olan döş nişanını necə daşıyır: “Bu cinayət əməlidir, saxtakarlıqdır. Müdafiə Nazirliyindən xahiş edirik ki, belə saxtakarlara Müdafiə Nazirliyinin geyim formasını geyməyə icazə verməsin. Sərhəd Qoşunlarından qovulmuş Cəlil Xəlilov sərhəd qoşunlarının formasını geyinməyə cürət etmir”.
Ehtiyatda olan polkovnik-leytenant, Qarabağ və Silahlı Qüvvələr veteranı Nəbiyev Nizami Hümbət oğlu redaksiyamızla əlaqə saxlayaraq Respublika Veteranlar Təşkilatının üzvünün 1 milyon 119 min yox, cəmi 598 nəfər olduğunu bildirdi və sübut üçün vəsiqəsinin surətini göndərdi. O, həmçinin Veteranlar Təşkilatının üzvü vəsiqəsinin saxta olduğunu qeyd etdi: “Çünki ona verilmiş 19 oktyabr 2016-cı tarixli vəsiqəyə ehtiyatda olan general-mayor Dadaş Rzayev qol çəkib. Hansı ki, Dadaş Rzayev sentyabrın 20-dən ağır xəstə olduğundan vəsiqəni imzalaya bilməzdi. Belə görünür ki, kimlərsə general Dadaş Rzayevin saxtalaşdırılmış imzasından istifadə edib. Bütün bunlar onu göstərir ki, maliyyə və digər sənədlər general Rzayevin saxtalaşdırılmış imzası ilə həll olunur. Bu isə ciddi qanun pozuntusudur. Çünki Rzayevin iradəsindən asılı olmayaraq onun imzasından istifadə olunur. Əminəm ki, ezamiyyə xərcləri, həmçinin külli miqdarda maliyyə vəsaiti məhz bu yolla mənimsənilib”.
Azərbaycan Veteranı qəzetinin yaradıcısı və ilk baş redaktoru, Qızıl Qələm mükafatı laureatı, əmək veteranı, qocaman jurnalist İsmayılov Bayram Mahmud oğlu Pleniumun üzvü olmasına baxmayaraq Pleniuma buraxılmayıb. Çünki Bayram İsmayılov çıxışında həqiqətlərin açıqlayacaqdı. Cəlil Xəlilov Bayram İsmayılovu Azərbaycan Veteranı qəzetindən uzaqlaşdıraraq yerinə jurnalist olmayan Ülvi adlı bir tələbəsini gətirib. Ayda iki dəfə 8 səhifəlik divar qəzeti kimi çıxan “Azərbaycan Veteranı” qəzeti veteranlara yox, Cəlil Xəlilova xidmət edir. Hazırda qəzetin demək olar ki, bütün nömrələrini Cəlil Xəlilovun şəkilləri “bəzəyir”. Bundan başqa, təşkilatın 5 il sədr müavini olmuş, Çenobıl qəhrəmanı, Silahlı Qüvvələr veteranı, veteranlar arasında böyük nüfuza malik, veteranlar təşkilatının formalaşmasında böyük əməyi olmuş ehtiyatda olan polkovnik Kamal Əliyev cumhuriyyet.az-a bildirib ki, Qələbənin 70 illiyi ilə bağlı Bakı şəhər icra hakimiyyətində keçirilən görüşdə qələbəyə heç bir aidiyyatı olmayan Cəlil Xəlilov 3 otaqlı mənzil aldı. Baxmayaraqki, evsiz olan Böyük Vətən müharibəsi veteranları var: “Dadaş Rzayevin adından Maliyyə Nazirliyinə məktubla müraciət olunmuşdu ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 20 il qüsursuz xidmət etmiş hərbçilərə ev verilməsi ilə bağlı sərəncamına uyğun olaraq Cəlil Xəlilova mənzil verilsin. Maliyyə Nazirliyi məktuba cavab verərək bu sərəncamın Cəlil Xəlilova heç bir aidiyyatı olmadığını bildirdi. Prezidentin veteranlara hədiyyə etdiyi veteranlar kafesi bu gün Cəlil Xəlilova xidmət edir. Cəlil Xəlilov bu kafeni ayı min manata icarəyə verib və bu pul veteranlar təşkilatının kassasına daxil olmur, Cəlil Xəlilovun cibinə gedir. Kafenin gəlirlərindən vergi verilmir, həmçinin elektrik xərcləri Təşkilatın büdcəsindən ödənilir. Cəlil Xəlilov dost-tanışına və havadarlarına kafedə tez-tez qonaqlıq verərək özünə ucuz hörmət qazanır”.

Çingiz Coşqun, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=82723

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930