Səfərbərlik Xidmətində Zaur Abdullayev kabusu:Generalın yüksəliş və korrupsiya manifesti

28.11.2016 - 01:16

rrAzərbaycanda sözün əsl mənasında general bolluğu var. Əlimizdə rəsmi statistika olmasa da, hazırda Azərbaycanda bu rütbəni daşıyanların sayı təxminən 200 nəfər ətrafındadır. Hər il onların sayı daha 10-15 nəfər artır. Cumhuriyyet.az olaraq müqayisə üçün bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, şəxsi heyəti 2 milyon 285 min nəfər təşkil edən Çin ordusunda generalların sayı cəmi 191 nəfərdir. Almaniya Ordusunda 202, qardaş Türkiyə Ordusunda isə cəmi 364 general rütbəsi daşıyan zabit var.
Kənardan belə görünsə də ki, müharibə başlayacağı halda bu qədər generalı olan Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə zəfər qazanmaqdan başqa şansı yoxdur, reallıqlar başqa mətləblərdən – kəmiyyət hələ keyfiyyət demək deyil məntiqindən xəbər verir. Bu reallıqlarla tanışlıq baxımından cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlar xeyli düşündürücüdür. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin –Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir və həmin məlumatları olduğu kimi diqqətinizə çatdırırıq: “İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavinidir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb.
Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Hazırda qüvvədə olan hərbi nizamnaməyə görə, baş leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlmək üçün Zaur Abdullayevə, nə az-nə çox, düz 22 il vaxt lazım idi! Lakin göründüyü kimi, o, cəmi 10 ilə nəinki polkovnik, hətta general-mayor rütbəsini belə çiynindən asmağa nail olub. Normalda Z.Abdullayevin buna nail olmaq üçün çox ciddi uğurları, hərbi şücaəti, hətta Vətən qarşısında misilsiz xidmətləri və qəhrəmanlıqları olmalı idi (Əgər belə xidmətlər varsa, onları öyrənməyə və oxucularımıza da çatdırmaqdan şad olardıq-red). Maraqlıdır, görəsən hörmətli generalımız DSX, Səfərbərlik Xidməti kimi döyüş bölgəsindən uzaq xidmət yerlərində hansı qəhrəmanlıqları edə bilib ki, belə fantastik uğura nail olub? Yoxsa ona da general rütbəsi kiminsə kürəkəni, qardaşı, qardaşı oğlu və ya qudası olduğu üçün ad günü hədiyyəsi kimi verilib?”
Mətbuatda yayımlanan çoxsaylı məlumatlarda Səfərbərlik Xidmətinə qarşı irəli sürülən ittihamlardan biri də irimiqyaslı maliyyə maxinasiyaları, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi halları ilə bağlıdır. Həmin yazılarda söhbət əlbəttə ki, Səfərbərlik Xidmətinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərindən gedir. Məsələn, cumhuriyyet.az olaraq bildirək ki, bu məqsədlərə 2016-cı il üçün büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin yarıdan çoxu, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı isə, 22 min 500 manat qeyd edilib. Lakin mənbənin iddiasına görə, artıq neçə ildir ki Səfərbərlik xidmətinin strukturlarında ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Amma son aldığımız açıqlamada, mənimsənildiyi iddia olunan bu rəqəmlərin əslində aysberqin yalnız görünən hissəsi olduğu vurğulanır. Mənbə bildirir ki, əsil mənimsəmələr Səfərbərlik Xidmətinin rayon şöbələrinin yerləşdikləri binaların təmiri, bərpası və yenidən tikintisi zamanı baş verir. Həm də bu zaman hesab artıq nə on, nə də yüz min manatlarla deyil, milyonlarla aparılır. Keçək yenə də bizə təqdim olunan faktlara. Mənbə iddia edir ki, sonuncu dəfə Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin yerləşdiyi binanın təmirinə dövlət vəsaitlərindən 3 milyon manat pul ayrılıb. Əvvəllər Miqrasiya Xidmətinin müvafiq idarəsinin yerləşdiyi bu binanı görənlər yaxşı bilirlər ki, onun bəlkə də bütövlükdə qiyməti bu məbləğdən xeyli aşağı olar. Həmin binanın təmirinə 3 milyon manatın xərclənməsi isə, ümumiyyətlə absurd bir iddiadır. Bəs görəsən bu uyğunsuzluğu hər halda rəsmi hesabatlara salmağı bacaran şəxs kimdir? Əlbəttə ki, yenə də Zaur Abdullayev. Mənbə bildirir ki, rayon şöbələrinin təmir-tikinti işlərinin kurasiyası da məhz bu Xidmət rəisi müavininin səlahiyyətindədir. Həm də açıqlamaya görə, smeta xərclərinin bir neçə dəfə şişirdilməsindən başqa, real görülən işlərin də böyük bir qisminin xərcləri Zaur Abdullayevin təkidi ilə şöbə rəislərinin özləri tərəfindən ödənilir. Nəticədə, ayrılan dövlət vəsaitlərinin 70-80%-nə qədəri mənimsənilir. Əlavə olaraq mənbə bildirir ki, Səfərbərlik Xidmətinin Sumqayıt şəhər şöbəsinin təmirinə yenə də 3 milyon manat, Bakı şəhəri, Nizami rayon şöbəsinə isə, həmin məqsədlər üçün 5 milyon manat vəsait ayrılmışdır.
Bunu da qeyd edək ki, Zaur Abdullayevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini olaraq, konkret hansı funksiyaları icra etdiyinə dair də əlimizdə kifayət qədər ilginc açıqlamar var. Bu məlumatlarda Zaur Abdullayevin Səfərbərlik Xidmətinin rayon şöbələrinin rəhbərləri ilə hansı müstəvidə münasibətlər qurmasından, bu münasibətin tələblərinə cavab verməyən şöbələrə qəfil göndərilən yoxlamalardan, rayon şöbələrinin yerləşdikləri binaların təmir-tikinti işlərinə ayrılan milyonlarla (!) manat vəsaitlərin necə xərclənməsindən və bir çox digər maraqlı məqamlardan ətraflı bəhs olunur. Lakin bu, artıq tamamilə başqa bir araşdırma üçün mövzudur və bütün bunlar barədə növbəti sayımızda dərc edəcəyimiz yazıda ətraflı bəhs olunacaq.

Elçin Əmirov, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930