Azərbaycanda kafedra müdiri vəfat etdi

20.06.2017 - 12:07

Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həmid Alıyev vəfat edib

Cumhuriyyet.net  Report-a istinadən xəbər verir ki, H.Alıyev 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Alıyev Həmid Alıhüseyn oğlu 1953-cü il dekabrın 6-da Zərdab rayonun Şahhüseynli kəndində anadan olub. 1975-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) “Tarix” fakültəsinə daxil olub və 1981-ci ildə təhsilini başa vurub.

2014-cü il 1 fevral tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Prof.H.A.Alıyev 80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir. Bu ildən Tarix və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsini icra edib.

Ailəli idi, dörd övladı var.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930