Kəmaləddin Heydərovun Bədrəddin Quliyev fiaskosu: Yaxud bir qaşınma olayı…

22.08.2017 - 22:52

“Kurtlar Vadisi” serialının məşhur personajı Memati Başın məhur bir ifadəsi var: “Mən bir şey yapmadım, kaşındı, kaşıdım”… Eynən indiki situasiyada olduğu kimi, biz də Bədrəddin Quliyev adl partiyasədri kimi təqdim olunan şəxsə bir şey yapmadıq ki, sadəcə Memati söylədiyi kimi…
“Fövqəlnazir” cəbhəsindən Heydər Əliyevə qarşı təbliğat: Bədrəddin Quliyev baş rolda” başlıqlı son yazımızda bəzi məqamların xırdaca təhlilinə baş vurmuşuq. Əslində cumhuriyyet.net oxundan çıxan yayın hədəfi tutduğundan mövzunu bağlamaq niyyətindəydik. Amma adam qaşınır, neyləyək. Bədrəddin Quliyev yazımızın ardınca ovqat.com-a açıqlama verib və bildirib ki, bizi məhkəməyə verəcək. Yenə də məşhur filmdən bir cümlə yada düşür: “Qoymayın, ayə, üstümə İrasim gəlir…” Çox gözəl, müharibə istəyənlər onu alacaqlar. Sözügedən sayta yer alan açıqlamadan bəzi hissələri olduğu kimi diqqətinizə çatdırırıq: “Qeyd edək ki, Bədrəddin Quliyevin saytımıza verdiyi müsahibəni şərh edən “Cümhuriyyət”in təhlilçisi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sifarişi və ölkə başçısını şantay etmək niyyətilə onun yazıldığını irəli sürüb.” Bu cümlənin qrammatik və leksik təhlilini bacaran adama saytımız tərəfindən mükafat elan edirik. Tələskənliyindən bizim mövqeyimizi də öyrənməyi çatdırmayan həmkarlarımız gələcəkdə B.Quliyevin məhkəmə iddiasının əsaslarını da “kəşf edir”: “İndiyə qədər bilinməyən bəzi detalları gündəmə gətirən Bədrəddin Quliyev isə, guya, Kəmaləddin Heydərova bağlı iş adamıymış. Bu xoruz banı eşitməyən arqumentlərlə çıxış edən mətbu orqan isə hakim komandada “xəyanətkar ünsür” axtarıb və böyük bir müəmmanı ortaya çıxarıb. Üstəlik, araşdırmasını da hələ davam etdirəcəkmiş”. İlin günün bu vaxtında B.Quliyevə ayıracaq vaxtımız yox idi. Amma söhbət xoruzdan gedirsə bu banın səsi gələndə yəqin yatanlar olub, yedinən xatırladaq:
B.Quliyevin 2011-ci ildə “Yeni Müsavat” qəzetinə açıqlaması: “Xalq hərəkatında tətil komitəsinə rəhbərlik etmiş Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev S.Cəlaloğlunun dediklərini təsdiqlədi. O bildirdi ki, K.Heydərovun xalq hərəkatına dəstək verdiyi haqda Naxçıvanda işləyərkən çoxlarından eşidib: “Mən 1991-ci ilə qədər Bakıda olmuşam. Xalq hərəkatı yeni başlayanda Bakıda tətil komitəsinin rəhbəriydim. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası baş nazirinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunandan sonra Naxçıvana getmişəm. O dövr Xalq Cəbhəsinin güclü vaxtları idi. Kəmaləddin Heydərovun Naxçıvanda xalq hərəkatına və muxtar respublikanın müdafiəsinə köməkliklər etdiyi haqda orada çoxlarından eşitmişdim. Yəni belə söhbətlər yayılmışdı ki, hərəkata köməklik edənlərdən biri Kəmaləddin Heydərov adlı iş adamıdır. Digər köməklik edənlər də var idi. Kazım Teymuri, Akif Kələntərli, Arif Rəhimov, Sərdar Cəlaloğlu fəal idilər. Kəmaləddin Heydərovun Naxçıvanda özünümüdafiə qüvvələrinə tank, BMP alıb verdiyi haqda da eşitmişdim. Yəni dediyim odur ki, onun xalq hərəkatına və Naxçıvanın müdafiəsinə dəstəyi olmuşdu. Xalq hərəkatı dövründə o, sahibkarlıq fəaliyyəti ilə məşğul idi. Geniş maliyyə imkanları vardı”.
B.Quliyev Kəmaləddin Heydərovu ilk dəfə 1992-ci ildə Naxçıvanda gördüyünü və fevral ayında onunla Türkiyəyə səfərə getdiyini xatırladı: “Fevral ayı idi. Bir gün rəhmətlik Heydər Əliyev məni çağırıb dedi ki, ərzaq məsələləri ilə bağlı Türkiyəyə nümayəndə heyəti aparılmalıdır. Bu işi mənə tapşırdı. Çovğunlu havada nümayəndə heyəti ilə Türkiyəyə getdik. Nümayəndə heyətinin tərkibində Kəmaləddin Heydərov da var idi. Türkiyədən Naxçıvana xeyli zəruri ərzaq məhsulları gətirdik”. (K.Heydərovun deyilən zamanda hansı fəaliyyətlə məşğul olması və B.Quliyevin iddalarına elə həmin açıqlama yer alan yazıda gərəkən cavab verilib. Burdan bax: http://musavat.com/news/%C3%B6lk%C9%99/F%C3%96VQ%C6%8FLNAZ%C4%B0Rin-KE%C3%87M%C4%B0%C5%9E-F%C6%8FAL%C4%B0YY%C6%8FT%C4%B0-%C4%B0L%C6%8F-BA%C4%9ELI-YEN%C4%B0-M%C6%8FLUMATLAR_100365.html )
Biz yazımızda iki böyük siyasi liderin münasibətlərinə xırda fiqurların qarışıb tarixi yanlışlıq etməsinə etiraz bildirmişik və Fövqəladə Hallar Nazirinə bağlılığı sirr olmayan şəxsin əslində mərhum prezident Heydər Əliyevin nüfuzuna qarşı hesablanan bu açıqlamasının təsadüfi olmadığını iddia etmişik. İddiamızda qalırıq. B.Quliyevin nə qədər ciddi siyasətçi olması haqda isə daha bir neçə detal:
Adam 2014-cü ildə Türkiyə siyasətinə də baş vuraraq sayın Kılıcdaroğlunu açıqdan açığa şantaj edir. 2014-cü ilin yanvar ayında unikal.org-a müsahibədən bir hissə: “Proseslərin gedişatı gülənçilərlə ərdoğançıların bir araya gəlməsinin mümkünsüzlüyünü göstərir. Ona görə də ana müxalifət olan CXP ilə Gülənin “Xidmət” təşkilatının ittyifaqa girməsi olduqca real görünür”.
Bütün bunlardan sonra isə olaylar.az-ın 2013-cü ilin fevralında yaydığı bir lətifəni xatırlatmaq yerinə düşər:
“Türkiyənin paytaxtı Ankara şəhəri. Hökumət evi. Baş nazirin kabineti. Rəcəb Tayyib Ərdoğan dilxor halda oturub. Xarici işlər naziri içəri girir. Ərdoğan soruşur:
– Sayın cümhurbaşqanın Serj Sərkisyanı təbrik etməsinə azərilərin təpkisi nə?
Xarici işlər naziri sakit tərzdə:
– Vallahi, sayın baş bakan, çox kızmışlar…
Ərdoğan:
– Kimlər kızmış?
– A kişi, sağlı, sollu hər kəs. Vəziyyət pisdi e.
– Sən mənə CXP lıderi Bədrəddin Quliyevdən danış. Sayın Quliyev kızdımı?
– Hənuz yox.
-Ərdoğan rahat nəfəs alır:
– O zaman boş ver, o birilərini. Əsas Bədrəddin bəydi, bizə o qızmasın.

P.S. Bəs edir, yoxsa?…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=98448

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930