Əli Həsənovun ifşası: “Qaçkınkom”da “çörək pulu” alveri – ŞOK AUDİO

25.09.2017 - 22:24

Bir müddət əvvəl nəvəsi bahalı maşınla qəza törədərək gündəmə gələn “qaçqınkom” şefinin varidatı insanları heyrətə gətirmişdi. Əli Həsənov Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875 manat maaş alır. Bu isə ümumilikdə heç 4000 manat etmir. Belə durumda ağlınızdan keçən sualın mən də fərqindəyəm. “Görəsən, bu dəyirmanın suyu haradandır?” deyə, düşünməkdə də haqlısınız. Nə bilmək olar, bəlkə də 19 ildi önəmli vəzifələri daşıyan 69 yaşlı Əli müəllim, yemədən, içmədən yalnız nəvələrinin oliqarx həyatı üçün çalışıb.
Hər halda məcburi köçkünlərin “dondurulmuş” maaşlarının kəsilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat verən Əli müəllim nəvəsinə ölkə başçısının sərt çıxışlarını xatırlatmalı, onu bir baba kimi bu yöndə tərbiyə etməliydi. Amma görünür, “Qaçqınkom” sədri daha öncə övladları və nəvələri haqqında mətbuatda yayılan xoşagəlməz xəbərlərdən nəticə çıxarmayıbmış. Bu da ağsaqqalın saqqalının ağlığının bir işə yaramadığının nəticəsi: 2 ölü, biri də nəvəsi Nail Alahverdiyev olmaqla vəziyyəti ağır olan 3 yaralı!
Yardım pulları ilə “qidalanan” məmur ordusu böyükdür. Komitə sədrləri, icra başçıları, icra nümayəndələri. Hamı bu “yağlı tikə”dən pay qoparmağa çalışır. Məcburi köçkünlərin soyulması isə davam edir. Bakı şəhəri, Cavadxan küçəsi 18, mənzil 54-də müvəqqəti qeydiyyatda olan Məmmədova Aytəkin Məmməd qızı tərəfindən mediaya şikayət ərizəsi daxil olub. Həmin ərizəya əsasən cumhuriyyet.az məlumat verir ki, Aytəkin xanım yuxarıda göstərdiyi ünvanda həyat yoldaşı və iki azyaşlı övladı ilə qalır. Ağdam işğal olunandan burada məskunlaşıblar. İndiyədək dövlətdən ayrılan yardım ağır sosial vəziyyətdə olan ailənin dadına çatıb. Lakin bir müddət əvvəl ona Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən Məlahət Həsənova zəng edərək bildirib ki, yardım kəsiləcək, çünki adlarında ev var. Aytəkin Məmmədova deyib ki, ev onların yox, qayınanasının adınadır və bu mənzili hələ Ağdamın işğalından qabaq alıb. Aytəkin xanım , əri və uşaqları burada müvəqqəti məskunlaşıblar. Öz evləri yoxdur, nə də məcburi köçkünlər üçün tikilən evlərdən onlara mənzil düşməyib. Məlahət Həsənova bildirib ki, bu arqumentlər keçərli deyil, əgər Aytəkin Məmmədova 1500 manat çatdırsa ailə yenə “çörək pulu” alacaq. Əks təqdirdə dövlətin köməyindən məhrum olacaqlar.
Aytəkin Məmmədova çox yalvarıb ki, cəmi 500 düzəldə bilər. Lakin məmur xanım qiymətin 1000-dən aşağı olmayacağını bildirib. Cumhuriyyet.az Aytəkin xanımın Məlahət Həsənova ilə söhbətinin audio yazısını təqdim edir:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99647

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930