Azərbaycanda COVİD-in yeni ştammları aşkarlanıb?

25.08.2023 - 17:00

Mövsümi olaraq COVİD-19 virusuna yoluxmaların sayının artması gözləniləndir.

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştammların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVİD-in yeni ştammlarının aşkarlanması faktı təsdiqlənməyib”, – qeyd edilib.

TƏBİB-dən bildirilib ki, avqustun 9-da Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virusunun yeni ştamı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxararaq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib:

“Bu dəyişiklik son həftələrdə “Eris” olaraq da adlandırılan EG.5 ştammının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artmasıdır. EG.5 ştammının ən geniş yayıldığı ölkə 9 avqust etibarilə Çindir, ikinci yerdə ABŞ durur, qeyd olunan ştam hazırda ABŞ-da dominant ştam olaraq elan edilib”.

“EG.5 ştamı Omikron ştammının XBB 1.9.2 xəttinin sələfidir. Yeni ştamm XBB 1.9.2 ştammından və spayk zülalında XBB 1.9.2 ştammı ilə eyni aminturşu profilinə malik XBB.1.5 ştamından 1 mutasiya ilə fərqlənir. Bu mutasiya xəstəliyin gedişatında, müalicəyə tabe olmasında və ya ötürücülüyündə heç bir dəyişikliklə təzahür etməyib. Lakin bu ştammın orqanizmin immun qoruma mexanizmlərinə qarşı daha davamlı olduğunu və bununla da daha yüksək yoluxduruculuğa sahib olduğu müşahidə edilir.

Avqustun 9-da EG.5 ştamı ÜST tərəfindən qlobal ictimai səhiyyə baxımından aşağı riskli olaraq dəyərləndirilib. Lakin qeyd etmək lazımdır ki, yüksək risk qrupuna daxil olan şəxslər üçün bu bəyanat qorunma tədbirlərini azaltmağa, diqqətsiz davranmağa əsas olmamalıdır.

Hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər.

Yeni aşkar olunan digər bir ştam isə BA 2.86 ştammıdır. BA 2.86 ştammı mutasiyaların sayı baxımından Omikron ştammı ilə müqayisə olunur. Bu səbəbdən bu ştammın immun cavab mexanizmlərindən yayınaraq yüksək yoluxduruculuq qabiliyyətinə malik ola biləcəyi proqnozlaşdırılır. Lakin BA 2.86 ştammının rastgəlmə tezliyinin hələ ki aşağı olması yoluxduruculuq və digər xüsusiyyətləri baxımından mülahizələrin irəli sürülməsinə yol vermir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, virus mutasiya etməyə davam edir və artıq bu ştammların da əlavə mutasiyalara malik subvariantları formalaşmaqdadır. Bu səbəbdən də, variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır.

Yoluxma riskindən qorunmaq üçün hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər. Kütləvi məkanlarda maskadan istifadə, sosial məsafənin qorunması, xəstələrlə təmasdan çəkinmək tövsiyə olunan tədbirlərdəndir.

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194980

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031