Nazir: Qızılca ilə bağlı vəziyyət tam nəzarətdədir

02.11.2023 - 12:51

Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət tam nəzarətdədir.

Cumhuriyyet.net xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şəkidə gimnaziyada şagirdlərin qızılcaya yoluxmasından sonra vəziyyət ciddi şəkildə araşdırılıb və müayinələr götürülüb:

“Saylar çox deyil. Sadəcə profilaktik tədbir məqsədilə təmasda olan şəxslər izolyasiya olunub. Ümumiyyətlə, yoluxucu xəstəliklərə gəldikdə Nazirlər Kabinetinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib. Tədbirlər Planına əsasən, uşaqlar arasında 11 yoluxucu xəstəliyin profilaktik immunizasiyası aparılacaq. Bu proses mütəmadi olaraq ölkəmizdə aparılıb və ildən-ilə daha müasir, daha effektiv vaksinlər gətirilir. Bu 11 xəstəlik – Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, pnömokok və epidemik paratitidir”.(apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=196769

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031