“Azər Qasımlı Vidadi Səfərovu bitirdi” – ReAl-ın komitə başqanı

08.11.2019 - 12:10

6fb27841-668e-4b11-8193-5c3378daef91ReAl partiyasının İqtisadi Siyasət Komitəsinin başqanı Zöhrab İsmayıl “Facebook” hesabında partiyanın Məclis başqanlığından istefa verən Azər Qasımlını tənqid edib.

Zöhrab İsmayıl statusunda “Azər Qasımlı mənim dostumdur, biz onunla partiyalaşma prosesində çox yaxınlaşdıq və mən ona əlimdən gələn hər dəstəyi verdim” yazıb:

“ReAl-ın partiyalaşma prosesində bir nəfər vardı – Vidadi Səfərov. O da 2013-cü ildən sonra qoşulmuşdu. Amma partiyalaşma prosesində çox böyük zəhmət vermişdi və hər kəs ona potensial İdarə Heyəti üzvü, gələcək tanınmış siyasətçi kimi baxırdı. Prosesin sonuna yaxın Vidadi bizə aydın olmayan səbəblərdən Azər Qasımlıya qarşı çıxdı, onu üzvlər qarşısında tənqid etməyə başladı”.

O bildirib ki, Azər Qasımlı Vidadi Səfərova qarşı çox sərt olub: “Halbuki, birbaşa işlədiyi adam idi, özü onu Təftiş Komissiyasına(TK) təklif etmişdi və ona gələcək İdarə Heyətində (İH) görürdü. Şərt qoydu ki, Vidadi Təşkilat Komitəsindən, qurultay nümayəndəliyindən və El Məclisindən getməlidir. Biz hamımız razılaşmalı olduq, bitirdi adamı. Bu da sizə demokratiya!”

“Amma Vidadi və onun dostları gedəndə nə açıqlama verdi, nə bəyanat. ReAl-çılardan başqa heç kəs bilmədi bunu, qurultay üçün heç bir daxili problem yaranmadı”, – Z.İsmayıl sözlərinə əlavə edib:

“Məclisinin toplantısından sonra Azər və başqa bir neçə nəfər açıqlama yaydılar. Məclisin qrupunda yazdım ki, belə məsələləri ictimai yazmayın, aramızda müzakirə edək. Azər təsdiq etmədi postumu, senzuradan keçmədi. Bu da sizə idarəetmə!”

Xatırladaq ki, ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136130

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930