Delimitasiya vacibdir – Moskvadan mühüm açıqlama

02.08.2022 - 16:44

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası iki ölkə arasında dialoqun sağlamlaşdırılması ilə bağlı Rusiyanın vasitəçilik səylərinin vacib istiqamətidir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Moskvanın prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeydə alınıb:

“Məlum olduğu kimi, mayın sonunda müvafiq ikitərəfli komissiya yaradılıb və iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndələrinin ilk tanışlıq görüşü keçirilib. Biz öz tərəfimizdən azərbaycanlı və erməni dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Əminik ki, ölkəmizin peşəkar imkanları, post-sovet məkanında delimitasiya və demarkasiya sahəsində təcrübəsi Azərbaycan-Ermənistan sərhədində və ümumilikdə bütün regionda təhlükəsizliyi möhkəmləndirmək iqtidarındadır”.

Zaxarova hesab edir ki, bu və ya digər tədbirlərin icra olunmasının konkret müddətlərini Bakı və İrəvan müəyyənləşdirəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179935

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930