Gürcüstan Bakı və İrəvana vasitəçilik təklif edir

14.09.2022 - 11:27

“Gürcüstan Azərbaycan və Ermənistan arasında növbəti qarşıdurmadan narahatdır. İki ölkə arasında vəziyyəti narahatlıqla müşahidə edirik”.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

 

“Məlumata görə, ölən və yaralananlar var. Vəziyyətin gərginləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək. Gürcüstan tərəflər arasında dialoqa ev sahibliyi etməyi təklif edir və hazırdır”, – XİN-dən bildirilib.

 

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181811

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930