Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdi

21.09.2022 - 13:25

Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Dövlət Müstəqilliyi günü münasibətilə təbrik məktubu göndərib.

Cumhuriyyet.az xəbər verir ki, Makronun təbrik mesajında ermənilər və fransızlar dost xalqlar adlandırılıb.

Makron deyib ki, Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər.

“Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa Minsk qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, xalqlarımızın mənafeyi naminə mənim şəxsi dəstəyimə arxalana bilərsiniz”,-deyə Makron vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182266

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930