Özbəkistan prezidenti Mikayıl Cabbarovu qəbul edib – FOTO

24.02.2023 - 13:15

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev fevralın 23-də Azərbaycanın iqtisadiyyat naziri, ikitərəfli Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovu qəbul edib.

Azərbaycan nümayəndə heyəti Özbəkistana Regionlar Forumunun və İşgüzar Şuranın birinci iclasında iştirak etmək üçün yollanıb.

Görüşdə dövlətlərarası səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrası məsələlərinə baxılıb.

İclasın əvvəlində iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.

Söhbət zamanı avtomobil sənayesi, tekstil sənayesi və ipəkçilik sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsində əldə edilmiş irəliləyiş xüsusi məmnunluqla qeyd olunub.

Bildirilib ki, dövlətlər arasında birgə investisiya fondunun yaradılması haqqında saziş imzalanacaq. Həmçinin neft-qaz sektorunda, nəqliyyat və logistika sahəsində perspektivli layihələrlə əlaqədar hazırlıq işləri görülür.

İki ölkə arasında praktiki əməkdaşlıq portfelinin həyata keçirilən lokallaşdırma proqramı çərçivəsində daha da artırılmasının vacibliyi vurğulanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930