Avropa Ukrayna ilə “üç üskük” oynayır – Təhlil

24.08.2015 - 11:44

prosenkoYazının adını başqa cür də qoymaq olardı: “Ukrayna qurdlar süfrəsində”…

Məsələ burasındadır ki, Ukrayna rasional siyasi təmkinə malik Qərblə rasional dəliqanlılıqla hərəkət edən Rusiyanın arasında siyasi sövdələşmənın mağmın qurbanına çevrilib və ölkə günü-gündən çökməkdədir…

Bir qədər əvvələ qayıdaq. Qərbin fəal, hətta daha çox fitnəkar dəstəyi ilə devrilmiş keçmiş Ukrayna prezidenti Yanukoviç 2013-cü ildə AB ilə assosiativlik sazişi imzalamaq niyyətində olarkən iflasa uğrayan Ukrayna iqtisadiyyatını xilas etməkdən ötrü AB-dən böyük məbləğdə kredit istədi, lakin Qərb Ukraynanın qarşısına elə şərtlər qoydu ki, bu, artıq tam şəkildə fiasko demək idi. Yəni AB Ukraynanın boğazına ip keçirdib öz ardınca sürümək istəyirdi. Səbəb isə çox sadə idi və nədənsə analitklər bu məqamı gözardı edirlər: əhalisi çox olan ölkənin gec-tez AB-yə daxil olacağı təqdirdə AB-yə üzvlüyü ona xeyli imtiyazlar verir. Türkiyənin AB-yə qəbul edilib-edilməməsində yaxın keçmişdə şahidi olduğumuz süründürməçiliklər də bununla bağlı idi. Yəni Qərbə dirçəlmiş, ayaqüstə dura bilən Ukrayna deyil, həmişə əl açan, yardım uman zəlil bir ölkə lazım idi. Eyni maraqları Rusiya da güdürdü. Və təəssüf ki, həmin ssenari bu gün də davam edir… Həm Qərb, həm də Rusiya Ukraynanın tam şəkildə iflasa uğramağını gözləyirlər. Sonra isə keçmiş “böyük qardaş”la təzə “böyük qardaş”ın Ukrayna uğrunda əlbir “xilaskarlıq missiyası” başlanacaq…

Oxucularımız amerikalı müəllifin yazısını oxuyarkən buna tam əmin olacaq.       

 

Rusiyanın Krımın ilhaq etməyi və Kiyevin yeni hökumətinin sarsıdılmasına yönəlik müharibə başlayandan bəri Avropa Ukrayna iqtisadiyyatına dəstək üçün nə qədər xərc çəkib?

Qısa şəkildə deyilsə, kifayət etməyəcək dərəcədə. Ukraynaya müvəffəqiyyətli iqtisadi yardım Kremlə və ukraynalıların özlərinə göstərərdi ki, Rusiyanın təzyiqinə baxmayaraq, Ukrayna iqtisadiyyatı davam gətirməyə qabildir. Daha ətraflı cavab vermək üçün Avropa Birliyinin bu böhrana iqtisadi reaksiyasının nəyi ifadə etdiyini araşdırmağımız lazımdır.

Avropa Komissiyasının yeni hesabatına əsasən, Avropa Birliyi Ukrayna büdcəsinə yardım etməkdən ötrü artıq 2,21 milyard avro pul sərf edib. Bu, avrozonanın Yunanıstana göstərdiyi maliyyə yardımının 1%-dən azdır.

Bundan başqa, Avropa Birliyi Beynəlxalq Valyuta Fondunun Ukraynaya xəzinə sisteminin təshihi və struktur islahatları təkidlərinə daha 1,2 milyard avro ayırmağı vəd edib. Avropa Birliyi həmçinin qısamüddətli kəsirin bağlanması,  ticarət və assosiasiya sazişinin yeni şərtlərinin yerinə yetirilməsi üçün 335 milyon avro təklif edib.

Başqa pul tranşları da mövcuddur və bu, Avropa Birliyinin Ukraynaya vəd etdiyi 11 milyard avro həcmində maliyyə yardımından ibarətdir, lakin o, bir qədər qəribə şəkildə daxil olur. Məsələn, Avropa Komissiyasının hesabatında qitədə nüvə təhlükəsizliyinə cavabdeh olan Euratom-dan 300 milyonluq kredit haqqında danışılır. Euratom agentliyinin krediti barədə iyulda bildirilib, lakin onun verilməsi haqda qərar hələ 2011-ci ildə – Rusiyanın Krımı ilhaqından xeyli əvvəl qəbul edilib.

Məni yanlış başa düşüməyin. Bu kredit Avropanın ekoloji təhlükəsizliyinə yaxşı yatırımdır və Ukraynanın buna böyük ehtiyacı var. Bu ölkə ən dəhşətli nüvə fəlakətinə – 1986-cı ildə Çernobıl AES-də qəzaya məruz qalıb və Rusiya qazının idxalından asılılığını zəiflətmək üçün artıq çoxdan buna ehtiyacı var. Beləliklə, bu kredit təqdirə layiqdir. Lakin onu cari böhrana cavab adlandırmaq çətindir.Avropa Birliyindən 3 milyon avroluq hay-küylü maliyyə yardımı Avropa İnvestisya bankı tərəfindən 2014-2016-cı illərdə gerçəkləşdirilməli olan layihələr çərçivəsində daxil olur. Əslində, Avropa Birliyinin Ukraynaya yardım elan etdiyi vaxtdan bəri 17 ay ərzində Avropa İnvestisiya bankı ümumən  1,3 milyard avro məbləğində bir neçə yeni müqavilə imzalayıb. Bunların içində su təmizləyən zavodların inşa edilməsi, kiçik və orta biznesə kreditlərin verilməsi haqda razılaşma, qaz kəmərinin tranzit sahələrinin təmiri və münaqişənin gedişində Ukraynanın şərqində dağıdılımış infrastrukturun bərpa edilməsi üzrə bir neçə layihəyə dair müqavilələr var idi. Bütün bunlar çox dəyərlidir. Lakin doğrudanmı Avropa İnvestisiya bankından 3 milyard avro böhranın nəticələri ilə xüsusi mübarizə üçün ayrılmış vəsaiti ifadə edir? Yaxud bank artıq mövcud olan yanğınsöndürmə şlanqından istifadə edir?

2014-cü il martın 5-də Avropa İnvestisiya bankının proqramının elan edilməsinə 17 ay qalmış bu bank Ukrayna ilə 1 milyard avro məbləğində yeni müqavilələr imzaladı ki, növbəti 17 aydakı müqavilələrin məbləğindən çox da fərqlənmir və münasibətlərin inkişafının müsbət dinamikasına tamamilə sığır. Avropa Birliyi əmindir ki, Ukrayna üçün çox şey edir.Onun təmsilçilərinin sözlərinə görə, hər şey bir yerə cəmlənsə, Avropanın dəstəyi “Avropa Birliyinə daxil olmayan ölkəyə bu cür qısa müdətdə göstərilən ən önəmli yardımdır”.

Bu cür açıqlamanın səmimiliyinə şübhə ilə yanaşmağa səbəb yoxdur. Ukraynanın hazırda ağır maliyyə yaralarından əzab çəkdiyi bir vaxtda Avropa Birliyi, BFV və ABŞ-ın ona təqdim etdiyi vəsaitlər onu daha ciddi iqtisadi problemlərdən qoruyub. Bundan başqa, Ukrayna öz donorları üçün xüsusi risk doğurur: dünyada ən çox korrupsiyalaşmış bürokratik aparatlı ölkələrdən birinə vəsait axıtmaq sadə vəzifə deyil. Lakin bu cür mühakimələr tamaşanı ucuzlaşdırır. Avropa soyuq müharibə dönəmindən bəri bu qədər ciddi strateji risklər ehtiva edən durumla üzləşməyib. Uzunmüddətli perspektivdə qitənin sağlamlığını qoruyub saxlamaq üçün Ukraynanın sabitləşdirilməsi və sərhədlərə nisbətdə Rusiya ilə onun qonşu ölkələrdə nüfuzdan istifadə hüququ müqaviləsi bağlamaq Yunanıstanın avrozonada saxlanmasından daha önəmlidir. Ukraynaya maliyyə yardımının əslində olduğundan daha çox olduğuna hamını inandırmaq adi olduğu qədər də son dərəcə təhlükəlidir. Avropa Birliyi Avropanın siyasi dəyərləri və iqtisadiyyatı ilə inteqrasiya xatirinə çox böyük riskə gedən Ukrayna kimi kövrək ölkənin  ümidlər bəsləməyinə, sonra da arzularını məhv etməyi özünə rəva bilməməlidir.

Avropa Komissiyası nisbətən cüzi məsrəflər yolu ilə mümkün hər şeyi etdi və artıq mövcud olanın adını dəyişməklə bu gerçəkliyi maskalamağa cəhd edir. Onun imkanı olsaydı, daha çox iş görərdi. Bununla belə, bunu Avropa Birliyinin üzvü 28 ölkənin hökumətləri həll etməlidir. Ukrayna iqtisadiyyatına dəstək vermək üçün onun ABŞ-la birlikdə mümkün olan hər şeyi etməyi zəruridir.

 

Mark Çempion

“Bloomberg” (ABŞ), 23.08.2015

Tərcümə etdi: Strateq.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30182

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930