Tramp Qüdsü milyonlar hesabına paytaxt elan edib?

08.12.2017 - 16:03

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi siyasi qalmaqallara səbəb olub.

Ağ Ev rəhbərinin qalmaqallı addımı ilə dünyanı silkələdiyi bir vaxtda “New York Times” qəzetində sensasiyalı bir məqalə nəşr edilib. Qəzetin yazdığına görə, Trampın bu qərarında daxili siyasətdə onu dəstəkləyən qruplaşmanın əli var. Belə ki, seçkilər ərəfəsində yəhudi lobbisinə arxalanan gələcək prezident lobbi rəhbərlərinə Qüdsün paytaxt olacağını vəd edib.

Amerikanın məşhur qumarxanalar şəbəkəsinin sahibi, əslən yəhudi olan Şeldon Adelson da öz növbəsində bu vədi Amerika Sionist Birliyi rəhbəri Morton Kleinə çatdırıb.

“New York Times” Adelsonun Trampın seçki kampanyasına 20 milyon dollar bağışladığını da qeyd edib. Məqalədə Trampın 2016-cı ilin mart ayında ABŞ-ın ən böyük lobbi qrupu olan Amerika Xalqla Əlaqələr Komitəsindəki çıxışında “Amerika səfirliyini yəhudi xalqının əbədi paytaxtı Qüdsə köçürəcəyik” bəyanatına da diqqət çəkilib. Qəzetin yazdığına görə, Trampın Orta Şərqlə əlaqələri olan yəhudi kürəkəni Jared Kuşnerin də bu ideyaya böyük dəstəyi olub.

Qəzet yazır ki, sonunda Donald Tramp ona səs verən yəhudilərin yanında verdiyi sözü tutaraq Qüdsü İsrailin paytaxtı elan edib. Buna subut olaraq nəşr prezidentin dəstəkçilərindən olan Respublikaçı Yəhudi Komitəsi dünən “New York Times” qəzetinə “Trampın Ağlama Divarında” dua edərkən çəkilmiş şəkli ilə birgə bir təşəkkür elanını da çap edib. Təşəkkür elanında “Söz verdin. Yerine yetirdin” yazılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930