ABŞ komandanı: “Tramp Obamanın səhvini təkrarlamayıb İran etirazlarına güclü dəstək verməlidir”

01.01.2018 - 13:06

ABŞ ordusunun qəaragah rəislərinin birləşmiş Komitəsinin keçmiş rəhbəri, nüfuzlu komandan Maykl Mallen prezident Donald Trampı İran etirazlarına daha güclü dəstək verməyə və “Obamanın 2009-cu ildə yol verdiyi səhvi” təkrarlamamağa çağırıb.

İstefada olan admiral Mallen deyib ki, 2009-cu ildə prezident Obama İran etirazçılarına daha güclü dəstək verməli idi, lakin bunu etmədi. İndi etirazların İran yenidən bürüdüyü bir vaxtda prezident Tramp daha güclü dəstək nümayiş etdirməlidir.

“Biz o vaxt mümkün olandan daha az dəstək verməyi qərara aldıq. Bu səhv idi”-admiral Mallen ABC telekanalına müsahibəsində 2009-cu ildə prezident seçkilərindən sonra İranda başlamış “yaşıl inqilaba” Obama administrasiyasının münasibətini xatırladaraq deyib.

“Mən ümid edirəm ki, biz indi İranın inkişafına dəstək verə bilərik. Onların olduqca gənc nəsli var. İranlılar gələcəyə baxırlar və gələcəyin olmadığını görürlər. Onlara dəyişikliklər və sağlam iqtisadiyyat vəd etmişdilər. Ancaq etirazlar göstərir ki, bu vədlər yerinə yetirilməyib”-admiral bildirib.

Maykl Mallen 2007-2011-ci illərdə birləşmiş qərargah rəisləri Komitəsinə rəhbərlik edib, həm Buş, həm Obama administrasiyasında işləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=108957

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930