Azərbaycanla sərhəddə böyük müharibə başlayır: Aprel seçkilərində İran faktoru

19.02.2018 - 00:35

İrana qarşı tezliklə hərbi əməliyyatların başlanacağı barədə xəbərlər son aylar gündəmi daha çox məşğul etməyə başlayıb.  İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana qarşı müharibənin başlayacağına inananların sayını artırmaqdadır. Elə tərəflər arasındakı son “diplomatik atışmalar” da bundan xəbər verir.
İran narahatdır…
Məsələn, İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bu ilin yanvar ayında bildirib ki, ABŞ İranla imzalanan nüvə razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın davranışına uyğun qərarlar qəbul edəcəyini deyib. İranla “altılıq” ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır. İranla nüvə razılaşmasını “ABŞ tarixinin ən pis razılaşması” adlandıran ABŞ prezidenti Donald Tramp ölkəsini müqavilədən geri çəkmək niyyətindədir.
Netanyahu Tehranı hədələdi: “Səbrimizi daşırmayın…”
İsrailin baş naziri Benyamin Netanyahu isə bu günlərdə Münhen təhlükəsizlik konfransı zamanı İranın ünvanına sərt hədələrlə çıxış edib. Netanyahu tribundan İsrali hava məkanında vurulmuş İran pilotsuz kəşfiyyat təyyarəsinin parçasını yelləyərək Tehrana “bizim səbrimizi daşırmayın” mesajı verib.

Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?Savash.org xatırladır ki, Netanhayudan əvvəl konfransda İran xarici işlər naziri Məhəmməd Zərif çıxış etmişdi və ölkəsinin İsrailə dron göndərdiyini təkzib etmişdi. Bildirək ki, İran pilotsuz təyyarəsi Suriyadakı bazadan havaya qalxıb və İsrail hava məkanına daxil olandan bir neçə saniyə sonra vertolyotdan buraxılan raketlə vurulub. Daha sonra İsrail Suriyaya irimiqyaslı hava hücumları həyata keçirib, bu zaman Suriya hava hücumundan müdafiə sistemləri İsrailin bir F-16 təyyarəsini vurub.
Netanyahu ötən həftə Golan təpələri üzərində vurulmuş dronun parçasını yelləyərək deyib: “İran Suriyaya müdaxiləni inkar edir və bizim xalqımızı təhdid edərək pilotsuz təyyarə göndərir. Budur, həmin təyyarənin parçası. Siz bunu öz gözlərinizlə görə bilərsiniz. Zərif, öz pilotsuz təyyarənizi tanıdın? O sənindir. İrandakı tiranlara bizdən mesaj kimi onu özünlə apara bilərsən”.
İsrail baş naziri daha sonra İrana bildirib: “Bizim qətiyyətimizi sınağa çəkməyin. İsrail yol verə bilməz ki, boynuna İran terrorunun ilgəyi keçsin…Əgər lazım olsa biz təkcə İranın kuklalarına qarşı deyil, onun özünə qarşı da qəti hərəkətə keçəcəyik”.
ABŞ “sanksiya silahı”nı işə saldı…
Diqqət çəkən məqamlardan biri də ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsi və bu yöndə daha praktik addımlar atmağa başlamasıdır. ABŞ-ın Maliyyə Nazirliyindən yaydığı məlumata görə, sanksiya 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. Qeyd edək ki, yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına 5 müəssisə və 3 fiziki şəxsi əlavə edib.
İran kərtənkələlərdən şübhələnir
İran rəsmiləri də baş verənlərdən kifayət qədər narahat görünür. Bu narahatlıq özünü xüsusən İran silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Ali dini liderin hərbi müşaviri, general Həsən Firuzabadinin çıxışışında göstərib. Generalın sözlərinə görə, bir neçə il əvvəl İrana Fələstinə yardım toplamaq adı altında adamlar gəlib. Onların pul toplama marşrutu İran xüsusi xidmət orqanlarına şübhəli görünüb. Belə ki, həmin adamlar özləri ilə kərtənkələ və xameleonlar gəzdirərək səhra rayonlarına yollanıblar. “Biz araşdırdıq ki, bu canlıların dəriləri nüvə şüalanmasına qarşı həssasdır və deməli onlar nüvə reaktorlarının, habelə uran yataqlarının yerlərini müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar casusluq ediblər və bilmək istəyiblər ki, İranda uran yataqları haradadır və biz harada atom fəaliyyəti ilə məşğul oluruq”-İran ordu generalı deyib.

Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?İrana qarşı müharibə haçan başlayacaq?
İddialara görə, Tehrana qarşı hərbi əməliyyatlara 2018-ci ilin payızında start verilə bilər. Mümkündür ki, hərbi əməliyyatlar İsrailin hərbi hava qüvvələrinin Birləşmiş Ştatların dəstəyi ilə İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayacaq. İrana qarşı başlayacaq hərbi əməliyyatlarla əlaqədar İsrail parlamentində müzakirələr aparıldığı da yayılan xəbərlər sırasındadır. Birləşmiş Ştatlar isə müxtəlif regionlarda hərbi təlimlər həyata keçirməklə İrana qarşı başlayacaq müharibənin hazırlıqlarını görür. Təl-Əvivin İranı vurması üçün kifayət qədər hərbi potensiala malik olduğu bildirilir. Bu ölkənin hərbi hava qüvvələri son on ildə İranı vurmaq üçün çalışmalarını daha da artırıb və bir neçə dəfə irimiqyaslı hərbi təlimlər həyata keçirib. Bu məqsədlə İsrail Birləşmiş Ştatlardan 125 ədəd F-15 və F-16 qırıcı təyyarəsi alıb. Bu təyyarələr uzaq məsafədəki hədəfləri, eyni zamanda yeraltı bunkerləri belə məhv etmək qabiliyyətinə malikdir.
İsrailin hədəfindəki obyektlər
İsraillə İranı təxminən 1500-1800 kilometrlik bir məsafə ayırır. Ona görə də İsrail qırıcı təyyarələri İrana qarşı hava zərbələrini 3 istiqamətdən həyata keçirə bilərlər. Birincisi, Türkiyədən Suriya, eyni zamanda Türkiyə-Iraq sərhəddindən keçməklə, ikincisi Iraqın hava sahəsindən istifadə etmək, üçüncüsü qırıcı təyyarələrin Səudiyyə Ərəbistanındakı hərbi hava bazasından qalxmaqla.
Məlumat üçün qeyd edək ki, İsrail daha əvvəl Iraq və Suriyanın da nüvə obyektlərinə zərbələr endirmişdi. Lakin məsafələrin uzaq olması Təl-Əviv üçün bir sıra çətinliklər yaratmışdı. Anoloji proses İranı vurmaq istəyərkən də yarana bilər. İranla məsafənin nisbətən uzaqlığı Tehranın nüvə obyektləri hədəflərin dəqiq müəyyənləşdirilməsi üçün problemlər yarada bilər. Ona görə də İsrail mövcud vəziyyətdə İranı vurmaq üçün daha əlverişli coğrafi məkan seçmək istəyir.
İrana qarşı müharibədə Azərbaycan
İrana qarşı hərbi əməliyyatların başlayacağı təqdirdə ölkəmizin prosesdən kənarda qalması mümkünsüdür. Təbii ki, rəsmi Bakının tarazlaşdırılmış siyasəti Azərbaycanı mümkün müharibədən kənarda saxlamağa hesablanacaq. Amma bu mümkün olacaqmı? Sualı birmənalı cavablandırmaq mümkün olmasa da müharibə ehtimalının ölkəmizə ziyanlar vuracağı danılmazdır.
Yerigəlmişkən, Azərbaycanda oktyabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının gözlənilmədən aprel ayının 11-nə təyin olunmasında da payızda bölgədə müharibə riskinin arta biləcəyi ehtimalının həlledici rol oynadığı da yaşamaq haqqı olan fərziyyələrdən biri olaraq qalır.

Orxan, Savash.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113262

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930