Ukraynanın baş naziri jurnalist Arkadi Babçenkonun qətlində Rusiyanı günahlandırıb

30.05.2018 - 17:36

“Rusiyalı jurnalist Arkadi Babçenkonun qətlində Rusiya günahkardır”.

Cumhuriyyet.net -in“BBC”ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş naziri Vladimir Qroysman şəxsi “Facebook” səhifəsində yazıb.

“Əminəm ki, Rusiya dürüst və prinsipial mövqeyinə görə onu bağışlamadı”,- deyə o vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Ukraynanın iddiasını rədd edərək, Moskvanın bu qətlin arxasında olmadığını bəyan edib.

Qeyd edək ki, A. Babçenko dünən Kiyevin Dnepr rayonunda odlu silahla qətlə yetirilib. Üç güllə onun ağciyərinə və ürəyinə dəyib.

41 yaşlı A. Babçenko “Moskovskiy komsomolets” və “Novaya qazeta” qəzetlərinin hərbi müxbiri olub, Rusiyanın Birinci kanalı və TV Sentr-lə əməkdaşlıq edib. Jurnalist Cənubi Osetiya münaqişəsini işıqlandırıb. O, Rusiyada özünün təhlükəsiz hiss etmədiyinə görə görə tərk edib.

Xatırladaq ki, A. Babçenko reportajlarında Rusiyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119632

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031