Mehman aclıq aksiyası keçirmir – Rəsmi

03.01.2019 - 15:36

Həbsdə olan video-bloqer Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması barədə məlumat rəsmi təkzib olunub. M.Hüseynovun yaxınları onun 8-ci gündür ki, yeməkdən imtina edərək quru aclıq aksiyası keçirdiyini iddia ediblər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bu məlumatın doğru olmadığını bildirib: “Mehman Hüseynov qida da, su da qəbul edir. Yaxınları ilə telefon vasitəsilə əlaqə də saxlayır. O, aclıq aksiyası keçirmir. Səhhəti də normaldır, qanunla nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir”.

Qeyd edək ki, M.Hüseynov polis barəsində böhtan xarakterli məlumat yaymaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən PX əməkdaşını döyməkdə ittiham olunaraq barəsində yeni cinayət işi açılıb.

Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126122

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930