“İnanıram ki, YAP iqtidarının ömrü kifayət qədər uzun olacaq” – Əli Əhmədov

21.11.2019 - 12:45

eli ehmedov“Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiyanın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O xatırladıb ki, YAP yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib: “Beləliklə də YAP Azərbaycanın iqtidar partiyasına çevrildi. 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib”.

Ə. Əhmədov bildirib ki, İndi YAP ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır: “Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı var”.

Baş Nazirin müavini vurğulayıb ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq: “Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136921

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930